İstifadəsinə göstərişlər:
Kompleks terapiyada:
- müxtəlif mənşəli mono və polineropatiyalar;
- dorsalgiyalar;
- pleksopatiyalar;
- lümboişialgiyalar;
- onurğanın degenerativ dəyişiklikləri ilə əlaqədar kötük sindromu.
Əks göstərişlər:
Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq.
Kəskin ürək çatışmazlığı, dekompensasiya mərhələsində xroniki ürək çatışmazlığı
18 yaşa qədər uşaq yaş dövrü.
Hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
İnyeksiyalar əzələ daxilinə dərin yeridilir.
Həkim tərəfindən gündəlik nəzarət tələb olunur. Müalicənin davametmə müddəti həkim tərəfindən xəstəliyin əlamətlərinin ağırlığından asılı olaraq fərdi təyin olunur.
Dərman formasının daxilə qəbuluna keçidi tez zamanda həyata keçirmək lazımdır.
Rəylər (0)