İstifadəsinə dair tövsiyələr:
Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:
Sidik-çıxarıcı yolların kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri: sistil, uretrit, pielonefrit;
Böyrəklərin xroniki qeyri-infeksion iltihabi xəstəlikləri: qlomerulonefrit, interstisial nefrit;
Nefrolitiaz, urolitiaz;
Kristalluriya;
Podaqra;
Böyrəklər üzərində aparılan cərrahi əməliyyatdan sonrakı dövr;
Müxtəlif etiologiyalı ödemlər.
Əks göstərişlər:
Vasitənin hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər üçün tövsiyə olunan doza: 5 ml gündə 2-3 dəfə.
Qəbul müddəti göstərişdən asılı olaraq fərdi şəkildə müəyyən edilir. Qəbul zamanı duzsuz dieta gözlənilməlidir, Çoxlu maye məsləhət görülür. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
Rəylər (0)