İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi və cərrahi anastomozdan sonrakı xoralar;
- Qastroezofageal reflüks xəstəliyi, eroziv ezofagit;
- Zollinger-Ellison sindrom.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Qastroezofageal reflüks xəstəliyinin müalicəsində: Rabezolun gündəlik dozası 20 mq təşkil edir və 4-8 həftə müddətinə təyin olunur. Xəstə tam sağalmadıqda müalicənin əlavə 8 həftəyədək artırılması mümkündür.
Mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin müalicəsində: Rabezolun gündəlik dozası 20 mq təşkil edir. Müalicə müddəti 4-8 həftə təşkil edir. Ehtiyac yarandıqda müalicə müddəti uzadıla bilər. Rabezol bütov halda, çeynəmədən və bölünmədən qəbul olunmalıdır. Preparatın qəbulu yeməkdən asılı deyil.
ƏLAVƏ TƏSİRLƏRİ:
Ümumi əlavə təsirləri: asteniya, üşütmə, ümumi zəiflik, allergik reaksiya, döş sümüyünün arxasında ağrı, fotosensibilizasiya.
Mədə-bağırsaq sistemi tərəfindən: diareya, dispepsiya, ürəkbulanma.
Mərkəzi sinir sistemi tərəfindən: yuxusuzluq, başgicəllənmə, narahatlıq.
Ürək-damar sistemi tərəfindən: hipoteniya.
DOZA HƏDDİNİN AŞILMASI:
Həddindən artıq dozanın qəbulu ilə əlaqəli patoloji hallar haqqında heç bir məlumat yoxdur. Rabezolun maksimal 80 mq dozada qəbulu haqqında 7 məlumat mövcuddur. Bu zaman heç bir patoloji əlamətlər müşahidə olunmamışdır. Rabezol hemodializ vasitəsi ilə xaric olunmur.
Rəylər (0)