İstifadəsinə göstərişlər:
Moksifloksasinə həssas ştamların səbəb olduğu irinli bakterial konyunktivitin yerli müalicəsi.
Antibakterial maddələrin düzgün istifadəsi ilə əlaqəli rəsmi təlimatları nəzərə alın.
Əks göstərişlər:
Təsiredici maddəyə, digər xinolonlara və ya köməkçi maddələrdən hər hansı birinə qarşı həssaslıq.
İstifadə qaydası və dozası:
Yalnız oftalmoloji istifadə üçündür. İnyeksiya üçün istifadə etmək olmaz.
Zədələnmiş gözə gündə 3 dəfə olmaqla, 1 damcı.
İnfeksiya adətən 5 gün ərzində keçir, bundan sonra müalicəni 2-3 gün davam etmək lazımdır.
Əgər 1-dən çox oftalmoloji preparat istifadə olunursa, onları ən azı 5 dəqiqə intervalla tətbiq etmək lazımdır.
Göz məlhəmlərini ən sonda tətbiq etmək lazımdır.
Rəylər (0)