İstifadəsinə göstərişlər:
Dərinin, saçların və dırnaqarın trichophyron, microsporum, epydermophyton növündən olan göbələklər tərəfindən törənən mikozları: trixofitiya, favus, başın tüklü hissəsinin və hamar dərinin mikrosporiyası, dəri örtüyünün epidermofitiyası, ayaq və əllərin dermatomikozu, onixomikozlar.
Əks göstərişlər:
- qrizeofulvinə və preparatın digər komponentlərinə qarşı hiperhəssaslıq
- aydın təzahür edən leykopeniya və qanın sistem xəstəlikləri
- qaraciyər və böyrəyin üzvi zədələnmələri
- porfiriya
- sistem qırmızı qurdeşənəyi
- bədxassəli törəmələr
- hamiləlik
- 4 yaşa qədər dövr
İstifadə qaydası və dozası:Tabletlər qida qəbulu zamanı və ya ondan sonra daxilə qəbul edilir.Gündəlik doza 3 qəbula bölmək məqsədəuyğundur.Mikrosporiya zamanı böyüklərə gündə 1q, uşaqlara-21-22mq\kq\gün hesabı ilə qrizeofulvin təyin edilir.Preparat ilk mənfi mikoloji müayinə alınan günə qədər hər gün, sonra eyni dozada 2həftə ərzində günaşırı və növbəti 2həftə ərzində isə 4 dəfə qəbul edilir.
Rəylər (0)