Yastısilindrik, xətli, ağ rəngdə tabletlər.
İstifadəsinə göstərişlər :
-Baş beynin üzvi zədələnmələrdə, koqnitiv pozğunluqlar (həmçinin, neyroinfeksiyaların və kəllə-beyin travmalarının fəsadları) və nevrotik pozğunluqlar;
-Ekstrapiramid hiperkinezlər (mioklonus epilepsiya, Hentiqton xoreyası, hepatolentikulyar degenerasiya, Parkinson xəstəliyi və s.) həmçinin, neyroleptiklərin qəbulu nəticəsində əmələ gələn ekstrapiramid sindromun (hiperkinetik və akinetik) korrektoru kimi;
-Epilepsiya zamanı qıcolma əleyhinə vasitələrlə birgə;
-Psixoemosional gərginlik, zehni və fiziki iş qabliyyətinin zəiflənməsi, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün;
-Sidik ifrazının müxtəlif mənşəli pozğunluqları (pollakiuriya, enurez, imperativ sedik saxlaya bilməməzlik, imperativ iştəmə);
-Uşaqlarda zehni inkşafın ləngiməsi.
Əks göstərişlər:
-hiperhəssaslıq
-kəskin, ağır böyrək xəstəlikləri;
-hamiləlik (1 trimestr)
İstifadə qaydasi və dozası:
Preparat yeməkdən 15-20 dəg.sonra daxilə qəbul edilir.
Böyüklər: birdəfəlik doza 0,5-1 q., sutkalıq doza 1,5-3 q.
Uşaqlar: birdəfəlik doza 0,25-0,5 q., sutkalıq doza 0,75-3 q.
Müalicə kursu 1-4 ay, bəzi hallarda 6 ay təşkil edir. 3-6 aydan sonra müalicə kursu təkrarlana bilər.
Uşaqlarda zehni inkişafinin ləngməsi: 0,5 q. Gündə 4-6 dəfə, 3 ay ərzində; danışıq inkişafının ləngiməsində 0,5q. Gündə 2-3 dəfə, 2-3 ay ərzində.
Neyroleptik sindrom zamanı korrektor kimi: böyüklərdə 0,5-1g. gündə 3 dəfə; uşaqlara: 0,25-0,5 g. Gündə 3-4 dəfə. Müalicə kursu 1-3 ay.
Epilepsiya zamannı:
Uşaqlar:0,25-0,5 q. gündə 3-4 dəfə; böyüklər: 0,5-1 q. gündə 3-4 dəfə, uzunmüddətli (6 ay qədər).
Uşaqlar: 0,25-0,5q. gündə 3-6 dəfə, 1-4 ay ərzində; böyüklər: 1,5-3 q. hər gün,1-5 ay ərzində.
Sidik ifrazının pozgunluqlarında: böyüklər 0,5-1 q. gündə 2-3 dəfə; uşaqlar 0,25-0,5 q. (sutkalıg doza 25-50 mgkg).
Mualicə kursu 2 həftədən 3 aya gədər.
Uzunmüddətli müalicə zamanı mərkəzi sinir sisteminə nootrop və stimullaşdırıcı təsir göstərən digər preparatların istifadəsi məsləhət görülmür.
Təsiredici maddə: 1 tabletində 0,25 q. Hopanten turşusu vardır.
Köməkçi maddələr: əsası maqnezium-karbonat, kalsium-stearat, talk, metilsellüloza.
Rəylər (0)