İstifadəsinə göstərişlər:
- II tip şəkərli diabet, orta ağırlıqlı diabetik mikroangiopatiyanın başlanğıc formaları;
- I tip şəkərli diabet, hemeoroloji pozğunluqlar zamanı kombinəolunmuş müalicənin tərkibində həkim və labarator nəzarəti altında digər sulfonilkarbamid törəmələri ilə birlikdə.
Əks göstərişlər:
- Qliklazidə, sulfonilkarbamidin digər törəmələrinə, sulfanilamidlərə yüksək həssaslıq,
- böyrəklərin və qaraciyərin kəskin pozğunluqları,
- I tip şəkərli diabet zamanı monoterapiya kimi,
- Karbohidrat mübadiləsində dekompensasiya vəziyyəti,
- Ağır dərəcəli travmalar, operativ müdaxilələr, infeksiyalar, mikroangiopatiya, bədən kütləsinin azalmasının davam etməsi,
- Hamiləlik və ya laktasiya dövrü.
İstifadə qaydası və dozası:
Qlümikronun dozası xəstənin tolerantlığından, kliniki göstəricilərdən, qlikemiyanın acqarına və yeməkdən 2 saat sonrakı səviyyəsindən asılı olaraq fərdi şəkildə seçilir.
Başlanğıc sutkalıq doza əsasən 0,5-1 tablet, orta sutkalıq doza 160 mq, maksimal sutkalıq doza isə 320 mq-dır. Gündə 2 dəfə yeməkdən 30 dəq əvvəl daxilə qəbul olunur.
Əlavə təsirləri:
Tez-tez rast gələn əlavə təsirlər: ürək bulanma, qusma, diareya, ağızda metallik dad, mədədə qıcqırma, qarında yüngül ağrılar, dəri səpgiləri, baş ağrısı.
Az rast gələn əlavə təsirlər: Leykopeniya, aplastik anemiya, fotosensibilizasiya, dermatid, ekzama, hipoqlikemik koma.
Doza həddinin aşılması:
Müalicəsi
Əgər xəstənin huşu aydındırsa, daxilə qlükoza və ya şəkər məhlulu təyin edilməlidir. Ağır hallarda, əgər xəstənin huşu aydın deyilsə, qlükozanın hipertonik məhlulu dərhal venadaxili yeridilməlidir.
Rəylər (0)