Təsviri : 5 q məlhəm ,tubda.
İstifadəsinə göstərişlər:
- Gözün allergik xəstəlikləri ;
- Buynuz qişanın epitelisinin tamlığı pozulmadıqda gözün ön şöbəsinin iltihabi xəstəlikləri ;
- Termiki və kimyəvi yanıqlar .
Əks göstərişlər:
- Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq;
- Gözün irinli,virus,vərəm,göbələk xəstəlikləri ;
- Qlaukoma ;
- Traxoma ;
- Vaksinasiya dövrü ;
- Gözün qişalarının tamlığın pozulması ;
- 18 yaşa qədər dövr .
İstifadə qaydası və dozası:Yerli .Konyuktival hissəyə 1 sm məlhəm gündə 2-3 dəfə yeridilir.Müalicə kursu 2-3 həftədir.Həkimin göstərişinə görə müalicə uzadıla bilər.
Saxlama şəraiti: 5-15 C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır.
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Tərkibi:
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,5 q hidrokortizon asetat vardır.
Köməkçi maddələr: metilparahidroksibenzoat,vazelin.
Rəylər (0)