İstifadəsinə göstərişlər:
- quru, qıcıqlandırıcı öskürək;
- yuxarı tənəffüs yollarının yüngül iltihabı və ağız-udlağın selikli qişasının qıcıqlanması, o cümlədən xırıltı və boğazda ağrı zamanı.
Əks göstərişlər:
Preparatın təsiredici və ya köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr: 15 ml şərbət gündə 4 dəfə daxilə qəbul edilir;
10 yaşdan və 16 yaşa qədər uşaqlar: 10 ml şərbət gündə 4 dəfə;
4 yaşdan 10 yaşa qədər uşaqlar: 5 ml şərbət gündə 4 dəfə;
1 yaşdan 4 yaşa qədər uşaqlar: 2,5 ml şərbətgündə 4 dəfə.
Doza həddinin aşılması:
Tövsiyə olunan dozaları aşmaq olmaz. Doza həddinin aşılması hadisələri barədə məlumat verilməyib.
Əlavə təsirləri:
herbion islandiya mamırının şərbəti preparatı ilə terapiya dövründə yarana bilən arzuolunmaz hallar yaranma tezliyinə görə aşağıdakı qruplara bölünür:
İmmun sistemində baş verən pozğunluqlar
Məlum deyil:
Yüksək həssaslıq reaksiyası
Rəylər (0)