İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Funksional dispepsiya, meteorizm, qastrit, həmçinin xroniki hiperasid qastrit, eyni zamanda mədə və
onikibarmaq bağırsaq xorasının kompleks müalicəsinin tərkibində.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın hər hansı inqrediyentinə qarşı hiperhəssaslıq, preparatın komponentlərinə qarşı allergik reaksiyalar.
DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQ TƏSİRİ:
Bu vaxta qədər müəyyən edilməyib.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Digər göstərişlər olmadığı halda gündə 3 dəfə yemək zamanı az miqdarda maye ilə qarışdırılmış halda 20-30
damcı qəbul etmək lazımdır. Ağır və kəskin vəziyyətdə hər 30 dəqiqədən – 1 saatdan bir 15-25 damcı qəbul
etmək lazımdır. Belə müalicə sxemi təkrar müalicə zamanı da istifadə olunur.
Müalicə müddəti – 3-4 həftə. Zərurət olarsa, müalicə kursunu 2 aydan sonra təkrar etmək olar.
ƏLAVƏ TƏSİRLƏRİ:
Çox nadir hallarda işığa qarşı dərinin çox yüksək həssaslığı olan xəstələrdə, intensiv günəş şüalarının təsiri
altında inkişaf edən günəş yanıqları formasında dəri reaksiyaları yarana bilər.
Preparatın ayrı-ayrı komponentlərinə qarşı fərdi dözümsüzlüyün olması üzrə ədəbiyyat mənbələrində allergik
reaksiyalar ( dərinin qızarması, səpgi, qaşınma ), mədə-bağırsaq traktı tərəfindən yaranan reaksiya
( ürəkbulanma, qusma ), su-elektrolit balansının pozulması kimi hallar qeyd edilmişdir. Lakin, qastitol
preparatının qəbulu zamanı belə əlavə təsirlərin baş verməsi haqqında məlumatlar daxil olmamışdır.
Təsiredici maddələr: 100 ml dərman vasitəsinin tərkibində qaz qaytarması otunun maye ekstraktı ( 1:1,7 – 2,2 )
( ekstragent: etanol 40% ( həcm faizi/həcm faizi ) 35 ml, aptek çobanyastığı çiçəklərinin duru ekstraktı ( 1:1,7 –
2,2 ) ( ekstragent: etanol 45% ( həcm faizi/həcm faizi ) 20 ml, biyan kökünün duru ekstraktı ( 1:1,7 – 2,2 )
( ekstragent: etanol 40% ( həcm faizi/həcm faizi ) 15 ml, mələotu kökünün duru ekstraktı ( 1:1,7 – 2,2 )
( ekstragent: etanol 40% ( həcm faizi/həcm faizi ) 5 ml, kardobenedikt otunun duru ekstraktı ( 1:1,7 – 2,2 )
( ekstragent: etanol 40% ( həcm faizi/həcm faizi ) 5 ml, yovşan otunun duru ekstraktı ( 1:1,7 – 2,2 )
( ekstragent: etanol 40% ( həcm faizi/həcm faizi ) 5 ml.
Köməkçi maddələr: etanol 40% ( həcm faizi/həcm faizi ), təmizlənmiş su.
Rəylər (0)