İstifadəsinə göstərişlər:
- Virus və ya bakterial mənşəli kəskin rinit;
- Burunətrafı ciblərin kəskin və ya xroniki residivləşmiş iltihabı;
- Allergik rinit;
- Orta qulağın kəskin iltihabı-eşitmə kanalının keçiriciliyinin bərpa olunması məqsədi ilə.
Əks göstərişlər:
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- Bağlıbucaqlı qlaukoma;
- Yüksək gözdaxili təzyiq;
- Atrofik rinit;
- Arterial hipertenziya;
- Nəzərə çarpan ateroskleroz;
- Taxikardiya;
- Hipertireoz;
- Beynin bərk qişasının yarılması ilə keçirilən cərrahi əməliyyatlardan sonra;
- 4 aylığa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
0,5%-li burun damcısı.1 damcının tərkibində 0,025 mq ksilometazolin-hidroxlorid vardır.
Uşaqlar:4aylıq – 2 yaş : hər 8-12 saatdan bir hər burun boşluğuna 1 damcı;
2 yaş-12 yaş:hər 8-10 saatdan bir hər burun boşluğuna 2-3 damcı.
0,1%-li brun damcısı.
1 damcının tərkibində 0,05 mq ksilometazolin-hidroxlorid vardır.
12 yaşdan yuxarı uşaqlar və böyüklər :adətən hər 8-10 saatdan bir hər burun boşluğuna 2-3 damcı.
Müalicə kursu 7 gündən çox olmamalıdır.2 həftədən artıq davam elətdirmək qəti qadağandır.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Təsiredici maddə:1ml məhlulun tərkibində 0,5 mq və ya 1 mq ksilometazolin-hidroxlorid vardır.
Köməkçi maddələr:natrium hidrofosfat x12 H2O,natrium dihidrofosfat xH2O,natrium xlorid,sorbitol,etilendiamintetrasirkə turşusunun ikinatrium duzu,50%-li benzalkonium-xlorid,təmizlənmiş su.
Rəylər (0)