İSTİFADƏSİNƏ TÖVSİYYƏLƏR:
- sinir sistemi xəstəliklərinin kompleks müalicəsində, yaddaş gücləndirici və diqqət nizamlayıcı kimi
- ateroskleroz və onun damarlarda törətdiyi ağırlaşmaların qarşısını almaq üçün, hiperlipidemiya
- göz xəstəliklərinin kompleks müalicəsində ( piqmentli retinit, kseroftalmiya, keratomalyasiya, konyuktivit, göz qapaqlarının ekzematoz zədələnməsi )
- A və D vitaminlərinin hipovitaminozu
- immunitetin gücləndirilməsi və müqaviməti artırmaq məqsədilə
- osteopatiyaların müalicə və profilaktikasında, cərrahi əməliyyatlardan sonra sümük döyənəklərinin əmələ gəlməsini sürətləndirmək üçün
- şəkərli diabet
- revmatizm, revmatoid artrit
ƏKS GÖSTƏRİŞLƏR:Balıq yağına qarşı fərdi həssaslıq və hemorragik sindrom, 14 yaşa qədər şəxslər.
İSTİFADƏ QAYDASI:
14 yaşdan yuxarı 1kapsul gündə 1dəfə qida qəbulu zamanı daxilə təyin olunur.Tövsiyə edilən sutkalıq dozanı keçməyin.Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ:
Adətən yaxşı qəbul olunur.Nadir hallarda dəridə qızartı və ya qaşınma ola bilər.
SAXLANMA ŞƏRAİTİ:
25 C-dən aşağı temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
İSTEHSALÇI:
Rumıniya.
Rəylər (0)