İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- psixosomatik xəstəliklər, o cümlədən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, MBT-nın stress xoraları, medikamentoz xoralar, simptomatik xoralar, qeyri-spesifik xoralı kolit və yoğun bağırsağın qıcıqlanma sendromu
- disforik pozğunluqlar
- müxtəlif etiologiyalı depressiyalar, o cümlədən reaktiv depressiyalar
- nevrozlar
- müxtəlif etiologiyalı kəskin və xroniki psixotik pozğunluqlar
- miqren
- müxtəlif etiologiyalı başgicəllənmə
- uşaqlarda-psixozlar, davranış reaksiyalarının pozulmaları.
ƏKS GÖSTƏRİŞLƏR:
- alkoqolla, yuxugətirici vasitələrlə və analgetiklərlə kəskin zəhərlənmə
- sulpiridə qarşı yüksək həssaslıq
- hipertoniya xəstəliyinin 2-3-cü mərhələsi
- feoxromositoma
- psixomotor oyanıqlıq
- kəskin porfiriya
- sümük iliyinin supressiyası
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Oyanıqlığın yüksək səviyyəsi ilə əlaqədar preparatı günün ikinci yarısında ( saat 16-dan sonra ) istifadə etmək məsləhət görülmür.
Psixosomatik pozğunluqlar, o cümlədən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, MBT-nın stress xoraları, medikamentoz xoralar, simptomatik xoralar, qeyri spesifik xoralı kolit və yoğun bağırsağın qıcıqlanma sindromu:
4-6 həftə ərzində sutkada 1 ya 2 qəbula 100-300 mq.
Nevrozlar: sutkada 100-400 mq 2-3 qəbul üçün.
Depressiyalar: sutkada 150-300 mq, bir neçə qəbul üçün bölünmüş: maksimal doza-sutkada 600 mq.
Yaşlı xəstələr üçün: başlanğıc doza-böyüklər üçün göstərilən dozanın 1/4-1/2-i.
Uşaqlar üçün: orta sutkalıq doza 5mq\kq bədən kütləsinə hesabı təyin edilir.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları: diskineziyalar ( çeynəmə əzələlərinin spazmı, spastik əyriboyunluq ), ekstrapiramid pozğunluqlar, tək-tək hallarda-koma.
Müalicəsi: simptomatik müalicə aparılır, mərkəzi təsirli xolinoblokatorlar təyin edilir.
Rəylər (0)