FARMAKOLOJİ TƏSİRLƏRİ:
PROPORİN NAZAL dərman bitkilərinin ekstrakından və efir yağlarından ibarət nazal spreydir. Burunun selikli
qişasında qan dövranını yaxşılaşdırır və yerli immuniteti artırır. Burunun selikli qişasına nəmləndirici təsir
göstərir və selikli qişanı ətraf mühitin əlverşsiz faktorlarından ( isti və quru hava, tüstü, toz ) qoruyur.
Antibakterial, antifunqal, virus əleyhinə, iltihab əleyhinə və allergiya əleyhinə təsirlərə malikdir, hiperemiyanı
azaldır, selik ifrazını normallaşdırır.
PROPORİN NAZAL LOR orqanları xəstəliklərinin müalicəsində effektiv təsir göstərir, burun və burun ətrafı
boşluqların infeksion xəstəliklərində, otit kompleks müalicəsində təbii vasitə kimi geniş istifadə olunur.
GÖSTƏRİŞLƏRİ:
- Rinit;
- Xroniki ( hipertrofik, vazomotor, atrofik );
- Allergik ( pollinoz və s. );
- Rinosinusit;
- Sinusitlər ( haymorit, etmoidit, frontit );
- Kəskin respirator xəstəliklərin profilaktikası və müalicəsi;
- Burun boşluğunda aparılan əməliyyatlardan əvvəl və sonra;
- Adenoidit;
- Otit.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Hər burun dliyinə 1 və 2 püskürmə, gündə 3 dəfə, minim 3 gün istifadə olunur. Ehtiyac olunduqda müalicə
kursu uzadıla bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Müəyyən edilməmişdir.
Propolis sulu – spirtli ekstraktı – 0,5%;
İtburnu sulu – spirtli ekstraktı – 2,9%;
Qara qarağat sulu – spirtli ekstraktı – 0,02%;
Evkalipt efir yağı – 0,003%;
Natrium xlorid – 0,9%;
Köməkçi maddələr: su 92,47%, kalium sorbat 0,3%.
Rəylər (0)