İstifadəsinə göstərişlər:
- Atrioventrikulyar düyün taxikardiyası;
- Volf-Parkinson-Vayt sindromu;
- Qulaqcıqların paroksizmal fibrillyasiyası sindromu.
- Ağır mədəcik taxiaritmiyası - həkim tərəfindən göstərilən vəziyyəy həyat üçün təhlükəli kimi qiymətləndirildiyi hallarda.
preparat, böyüklərin və 18 yaşdan yuxarı yeniyetmələrin müalicəsi üçün nəzərdə tutulmuşdur.
Əks göstərişləri:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Miokardın ifadə olunmuş struktur xəstəlikləri:
son 3 ay ərzində miokard infarktı;
sol mədəciyin 35%-dən az atma fraksiyası ilə nəzarət edilməyən durğun ürək çatışmazlığı;
aritmiya ilə törədilən şok müstəsna olmaqla, kardiogen şok;
ağır simptomatik bradikardiya;
kəskin abstruktiv ağciyər xəstəliyi;
sinus düyününzəifliyi sindromu, sinoatrial blokada,ll və daha yüksək dərəcəli atrioventrikulyar blokada, his dəstəsinin ayaqcıqlarının blokadası və ya kardiostimulyator olmadıqda,
Ağır hipotenziya.
Anamnezdə bruqad sindromu
Elektrolitlərin manifest dizbalansı.
Miasteniya qravis
Ritonavirlə eyni vaxtda müalicə
Uşaqlar və 18 yaşdan yuxarı yeniyetmələr.
İstifadə qaydası və dozası:
preparatın dozalanması fərdidir, həkim tərəfindən təyin olunur və onun daimi nəzarəti altında saxlanılır.
Hamiləlik və laktasıya dövründə istifadəsi:
Hamiləlik:
Hamiləlik dövründə propafenonu yalnız, həyatı göstərişlər əsasında, ana üçün potensial fayda döl üçün potensial riskdən üstün olduğu halda istifadə etmək olar.
Laktasiya:
preparatın istifadəsi barədə qərar həkim tərəfindən, ana üçün müalicənin üstünlükləri və uşaq üçün ehtimal edilən riskləri qiymətləndirdikdən sonra, qəbul edilməlidir.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply