İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
- antibiotiklərin, sulfanilamid qrupu və digər preparatların qəbulu zamanı yaranan disbakteriozlar;
- müxtəlif etiologiyalı kolitlər, eyni zamanda qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi;
- keçirilmiş kəskin bağırsaq infeksiyaları;
- xroniki enterokolit;
- qıcıqlanmış bağırsaq sindromu;
- diareya;
- qəbizlik, meteorizm;
- ağız boşluğu və bağırsaq mikozları;
- atopik xəstəliklər;
- allergiya, allerqoz;
- dərinin xroniki iltihabi xəstəlikləri.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Bəzən dispeptik əlamətlər.
İSTİFADƏ QAYDASI:
3-6 yaş uşaqlarda 1 paket gündə 1-2 dəfə;
6 yaşdan yuxarı uşaqlarda 1 paket gündə 2 dəfə, yemək vaxtı təyin edilir.
Uşaqlarda 10-15 ml suda həll etməklə, körpələrə isə eyni zamanda yeməklərinə qatılmaqla təyinatı mümkündür. Qəbul müddəti 1-3 həftədir. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
Rəylər (0)