İstifadəsinə göstərişlər:
- kəskin sinusit
- xroniki bronxitin kəskinləşməsi
- xəstəxanadankənar pnevmoniya
- sidikqovucu yolların ağırlaşmış infeksiyaları
- xroniki bakterial prostatit
- dərinin və yumşaq toxumaların infeksiyaları
- vərəmin dərmana-davamlı formalarının kompleks müalicəsi
Əks göstərişlər:
- levofloksasinə və ya digər xinolonlara, həmçinin preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq
- epilepsiya
- anamnezdə flüorxinoonların qəbulu nəticəsində vətərlərin zədələnməsi
- hamiləlik
- laktasiya dövrü
İstifadə qaydası:
Preparat daxilə gündə 1-2 dəfə qəbul edilir.Tabletlər bütöv halda, çeynənmədən, kifayət qədər su ilə qəbul olunmalıdır.Preparat yeməkdən əvvəl, yaxud yemək arası müxtəlif vaxtda qəbul oluna bilər.
Rəylər (0)