İstifadəsinə göstərişlər:
Predniosil gözün allergik və iltihabi xəstəliklərinin, uveitlərin, skleritlərin və gözlərdə əməliyyatdan sonra iltihabı azaltmaq məqsədilə yerli müalicədə istifadə edilir.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı allergiya
Aşağıdakı hallarda preparatdan istifadə etmək olmaz
-gözlərin göbələk xəstəliyi;
-kəskin və səthi herpetik keratit;
-anamnezdə gözlərin ailəvi vərəmi və ya hazırda olan xəstəliklər;
-kəskin virus infeksiyası.
İstifadə qaydası və dozası:
Preparatı ciddi həkim və ya əczaçının verdiyi təlimata uyğun istifadə etmək lazımdır.
Preparatın qəbulu ilə bağlı şüphə yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Doza həddinin aşılması:
Təsadüfən daxilə qəbulu zamanı oftamoloji adrenokortikoidlərin doza həddinin aşılması ciddi əlavə təsirlər yaratmır.
Əlavə təsirləri:
Tibbi yardım tələb edən əlavə təsirlər
Bəzən və ya nadir hallarda:
-katarakta;
-göz hipertenziyası;
-görmə sinirinin zədələnməsi;
-görmə itiliyi və görmə radiusu ilə bağlı problemlər;.
Aradan qalxmayan və tibbi yardım tələb edən əlavə təsirlər
Tez-tez:
-müvəqqəti azacıq dumanlı görmə.
Nadir və ya çox nadir hallarda.
-yanma və sancma hissi, gözlərin qızarması və ya qıcıqlanması.
Məlum deyil:
-dumanlı görmə.
Rəylər (0)