İstifadəsinə göstərişlər:
Kardiologiya
Trimetazidinin istifadəsi, tutmalarına qeyri-adekvat nəzarət olunan və ya birinci xətt antianginal müalicəyə qarşı dözümsüzlük nümayiş etdirən stabil stenokardiyadan əziyyət çəkən yetkin yaşlı pasiyentlərin profilaktikası və əlavə simptomatik müalicəsi üçün göstərişdir.
Əks göstərişlər:
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq;
- hamiləlik dövrü;
- laktasiya dövrü;
- 18 yaşa qədər uşaqlar;
- Parkinson xəstəliyi, parkinsonizm simptomları, tremor, narahat ayaqlar sindromu və digər oxşar hərəki pozğunluqlar;
- ağır dərəcəli böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası:
Dozalanması
Böyüklər: gündə 2 dəfə yemək zamanı 35 mq dozada 1 tablet trimetazidin.
Xüsusi pasiyent qrupları
Böyrək çatışmazlığından əziyət çəkən pasiyentlər üçün preparatın tövsiyə olunan dozası, hər səhər yemək zamanı 35 mq dozada 1 tablet təşkil edir.
Doza həddinin aşılması:
Doza həddinin ehtimal olunan aşılması barədə məhdud məlumatlar mövcuddur.
Əlavə təsirləri:
Həzm sistemində baş verən pozğunluqlar: nadir hallarda ürəkbulanma, qusma.
Mərkəzi sinir sistemində baş verən pozğunluqlar:
preparatın istifadəsi nəticəsində meydana çıxan geri dönən parkinsonizm və həmçinin, Parkinson xəstəliyindən və ya Levi cisimcikləri ilə demensiyadan əziyyət çəkən pasiyentlərin vəziyyətlərinin psləşməsi barədə müxtəlif məlumatlar mövcuddur.
Rəylər (0)