İstifadəsinə göstərişlər:
Böyüklərdə virus, göbələk və bakterial patogenlərin mövcudluğu istisna edildikdən sonra gözün steroidlərə həssas iltihabi xəstəlklərinin qısamüddətli müalicəsi üçün.
Əks göstərişlər:
Gözün müalicə olunmamış kəskin infeksiyaları.Kəskin səthi herpes simpleks (dendrit keratiti); vaksinasiya, suçiçəyi və buynuz qişanın və konyunktivanın digər əksər virus xəstəlikləri.Gözün göbələk xəstəlikləri və gözün vərəmi, preparatın komponentlərindən istənilən birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Gözə damızdırılır.Böyüklər: gündə 2-4 dəfə konyunktiva kisəsinə 1-2 damcı damızdırılır.İlk 24-48 saat müddətində dozalanma tezliyi təhlükəsiz olaraq,saatda 2 damcıya qədər artırıla bilər.Çalışmaq lazımdır ki,müalicə vaxtından əvvəl dayandırılmasın.İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.Uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.Ahıl və gənc yaşlı pasiyentlər arasında preparatın təhlükəsizliyinə və effektivliyinə dair heç bir ümumi fərq müşahidə edilməmişdir.Mümkün sistem absorbsiyanı azaltmaq üçün gözün daxili küncünü 1 dəqiqə ərzində barmaqla sıxmaq (punksion okklüziya), tövsiyə edilə bilər.Bu,hər bir damcının damızdırılmasından dərhal sonra həyata keçirilməlidir.
Rəylər (0)