Şəffaf , rəngsiz mayedir.
ƏKS GÖSTƏRİŞLƏR :
Yüksək həssaslıq , mərkəzi sinir sisteminin üzvi zədələnməsi , kəllədaxili təzyiqin yüksəlməsi , hamiləlik , laktasiya dövrü.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
- iş fəaliyyətinin zəifləməsi , həddindən artıq fiziki gərginlik
- cərrahi əməliyyatdan sonra reabilitasiyanın sürətlənməsi üçün
- ÜİX , xroniki ürək çatışmazlığı , miokardın dishormonal distrofiya fonunda kardialgiya
- beyinin qanla təmin olunmasının pozulması
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Həddindən artıq zehni və fiziki gərginlik : gündə 1 dəfə 500 mq venadaxili.Müalicə kursu – 10 – 14 gün.Ehtiyac olduqda
müalicə 2 – 3 həftədən sonra təkrar olunur.
Qeyri – stabil stenokardiya və miokard infarktı , gündə 1 dəfə 0,5 – 1 q venadaxili şırnaq üsulu ilə , sonra isə preparatın qəbulu
peroral dərman formasında davam etdirilir.
ƏLAVƏ TƏSİRLƏRİ :
Pranakard tövsiyə olunan dozalarda yaxşı mənimsənilir.Nadir hallarda yüksək həssaslıq reaksiyaları , dəridə qaşınma ,
dispepsiya , taxikardiya , oyanıqlıq , arterial yəzyiqin enməsi mümkündür.
DOZA HƏDDİNİN AŞILMASI :
Bu günə qədər qeyd olunmayıb.
Təsiredici maddə : 1 ampulda 500 mq meldonium vardır.
Köməkçi maddə : inyeksiya üçün su.
Rəylər (0)