İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Böyüklərdə:
- qastroezofaqeal refklüks xəstəliyi;
- mədə-bağırsaq və ya mədədə xora əmələ gəlməsi;
- "Helicobacter pylori" infeksiyası;
- ümumi adla QSİƏP adlanan dərman preparatlarının təsiri nəticəsində əmələ gələn xoralar;
- mədəaltı vəzidə hiperplastik dəyişikliklərin olması nəticəsində mədədə turşunun artıq miqdarda olması.
Uşaqlarda:
1 yaşdan yuxarı və bədən kütləsi:
- qastrofaqeal reflüks xəstəliyi. Bu xəstəlik zamanı mədənin tuş möhtəviyyatının mədədən qida borusuna atılması baş verir ki, bu da ağrı, iltihabi proses və qıcqırma törədir.
ƏKS GÖSTƏRİŞLƏR:
- omeprazola və ya Polprazol dərman preparatının tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya;
- tərkibində proton nasosunun digər inhibitorları olan dərman preparatlarına qarşı yüksək həssaslıq;
- tərkibində nelfinavir olan preparatla eyni zamanda istifadə.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Polprazol dərman preparatını həmişə həkimin tövsiyələrinə uyğun olaraq qəbul etmək lazımdır. Hər hansı şübhə yaranarsa, bir daha həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Qəbul edilcək kapsulların miqdarı və müalicə müddəti həkim tərəfindən pasiyentin klinik vəziyyəti və yaşı nəzərə alınaraq müəyyən edilir.
ƏLAVƏ TƏSİRLƏRİ:
- başağrısı;
- mədədə və ya bağırsaqda baş verən pozğunluqlar;
- ürəkbulanma və ya qusma;
- oynaq ağrıları;
- böyrəklərin ciddi pozğunluqları;
- aqressiya;
- əzələ zəifliyi.
Rəylər (0)