İstifadəsinə göstərişlər:
Dərinin tetrasiklinə qarşı həssas bakteriyaların törətdiyi infeksiyalarla ağırlaşmış və aşağıdakı xəstəlikləri müşayiət edən iltihabi proseslərinin yerli müalicəsi:
- dərinin ikincili bakterial infeksiya ilə ağırlaşmış allergik xəstəlikləri;
- I dərəcəli yanıqlar və donvurmalar;
- baldırlarda xoralar.
Əks göstərişlər:
Preparatın istənilən tərkib hissəsinə qarşı allergiya olduqda.
İstifadə qaydası və dozası:
Preparat dəridə istifadə üçündür.
Böyüklər və 3 yaşdan yuxarı uşaqlar
Dərinin zədələnmiş sahələri, balon şaquli vəziyyətdə tutaraq, dozalandırıcı hissəsi yuxarı istiqamətdə olmaqla, 15-20 sm məsafə ağırlığı ilə 1-3 saniyə ərzində suspenziya şırnağı ilə isladılır.
3 yaşa qədər uşaqlar
Bu yaş qrupunda istifadə etmək olmaz.
Diqqət!
- Gözləri preparatdan qorumaq lazımdır, püskürdülən substansiya ilə nəfəs almaq olmaz.
- Hər istifadədən əvvəl balonu bir neçə dəfə yaxşı çalxalamaq lazımdır.
- Preparatın hər istifadəsindən sonra əlləri su və sabunla yumaq vacibdir.
Doza həddinin aşılması:
Preparatı təyin edilən dozadan artıq dozada istifadə etdikdə, həkim və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri:
Preparatın applikasiya nahiyəsində yanma, qaşınma, həddindən artıq quruluq, dəridə atrofik dəyişikliklər, kontakt dermatit, dodaq ətrafında dərinin iltihabi, dəridə maserasiya.
Rəylər (0)