İstifadə qaydası və dozası:
Vaginal istifadə üçündür. Axşam yuxudan qabaq arxası üstə uzanmış vəziyyətdə uşaqlıq yoluna dərinə yeridilir.
Müalicə kursu 12 gündür. Profilaktik kurs 6 gündür. Bir və ya bir neçə dozanın istifadəsi bura-xlarsa və ya unudularsa, müalicə adi doza rejimi ilə davam etdirilməlidir.
İstifadəsinə göstərişlər
Müalicə
İnfeksion-iltihabı xəstəliklər (həssas mikroorqanizmlər tərəfindən törədilən): qeyri-spesifik, göbələk, qarışıq vaginitlər, vulvoginitlər və servikovaginitlər.
Profilaktika
-Ginekoloji əməliyyatlarda infeksion ağırlaşmaların profilaktikası məqsədilə cərrahi müdaxilədən əvvəl;
-uşaqlıq boynu diatermokoaqulyasiyasından əvvəl və sonra
-uşaqlıqdaxili diaqnostik prosedurlardan əvvəl
-doğuşdan əvvəl.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssasləq. Hamiləliyin 1 trimestri.
Rəylər (0)