Göstərişlər:
- sistem kandidozlar
- dərin endemik mikozlar
- kripotokokkoz, kriptokokk meningiti və başqa kitookokk infeksiyaları
- kandiduriya, dərinin kandidozu
- invaziv formalı kandidoz infeksiyaları
- selikli qişaların, eyni zamanda ağız boşluğunun, udlağın, qida borusunun kandidozu
- qeyri-invaziv bronx-ağciyər kandidozu
- genital kandidoz, vaginal kandidoz, kandidoz mənşəli balanit
- kriptokokk-un yaratdığı bir sıra infeksiyaların residivlərinin qarşısının alınmasında.
Əks göstərişlər:
Flukonazola, flukonazolla quruluşa malik olan azol birləşmələrinə qarşı yüksək həssaslıq. Flukonazolun 400 ma/gün və daha yüksək dozada çoxsaylı istifadəsi zamanı terfenadinin qəbulu. Eyni zamanda QT-İntervalını uzadan və CYP3A4 izofermentinin köməyilə metabolizə olunan sizaprid, astemizol, eritromisin, pimozid və xinidin kimi dərman vasitələri iklə birlikdə istifadə.
İstifadə qaydası və dozası:
Pol-Fuluko-nun gündəlik dozası göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin olunur.
Selikli qişaların göbələk infeksiyaları zamanı- 7-14 və ya 14-30 gün ərzində gündə bir dəfə 50 mq. Doza bəzən 100 mq-a qədə artırılır. QİÇS xəstələrində tam müalicə kursundan sonra həftədə 150 mq tək doza verilə bilər. Protezdən istifadə ilə bağlı atrofik oral göbələk xəstəliyi üçün müntəzəm flukonazol dozası, protezlə istifadə olunan lokal antiseptiklərlə birlikdə 14 gün müddətində gündə bir dəfə 50 mq təşkil edir.
Dərinin göbələk infeksiyaları zamanı- 2-4 həftə ərzində gündə bir dəfə 500 mq.
Sistem göbələk infeksiyaloarı- birinci gün 400 mq, daha sonra 6-8 həftə ərzində gündə bir dəfə 200-400 mq və ya lazım olan daha uzun müddət. QİÇS xəstələrində tam kursundan sonra həftədə 200 mq birdəfəlik dozada istifadə oluna bilər.
Göbələk infeksiyasının profilaktikası- infeksiyaya yoluxma riskiniz olarsa, gündə bir dəfə 50-400 mq. Sistem infeksiya riskiniz yüksək olarsa, gündə bir dəfə 400 mq. Qandakı parçalı hüceyrə sayında azalma olan xəstələrdə Flukonazol istifadəsi bir neçə gün əvvəkl başlamalı və nötrofil sayı 1000
/mm3-ün üzərinə çıxdıqdan sonra 7 gün ərzində davam etməlidir.
Kriptokokk infeksiyasının rsdivlərinin profilaktikası üçün- müddətsiz olaraq gündə bir dəfə 100-200 mq.
Rəylər (0)