Pikovit şərbətinin tərkibində vitamin kompleksi vardır. Vitaminlər orqanizmdə normal boyatma və inkişaf üçün, sağlamlığın saxlanması və möhkəmləndirilməsi üçün zəruri olan metobolik prosesləri mühüm faktorlardır.
Vitamin A uşaq orqanizminin hüceyrələrinin böyüməsini və yetişməsini tənzimləyir, həmçinin antioksidant müdafiənin komponentidir, hüceyrə membranının quruluşuna daxildir, dərinin və selikli qişaların müdafiəsi üçün vacibdir, görmənin fotokimyəvi aktında iştirak edir, hüceyrə immuniteti reaksiyasını stimullaşdırır.
Vitamin D3 orqanizmdə kalsium və fosfor balansının saxlanmasında mühüm rol oynayır. Onun çatışmazlığı zamanı sümük toxumasında kalsiumun miqdarı azalır, raxit inkişaf edir.
Vitamin B1 karbohidrat mübadiləsini təmin edir, sinir sisteminin normal fəaliyyətinə səbəb olur.
Vitamin B2, toxumaların, o cümlədən dəri hüceyrələrinin regenerasiya proseslərinə kömək edir.
VitaminB6 zülal, karbohidrat və yağ mübadiləsində içtirak edir, hemoqlobinin, həmçinin qalxanabənzər vəzi hormonlarının əmələ gəlməsində iştirak edir.
İSTİFADƏ GÖSTƏRİŞLƏRİ:
- İştahın olmaması zamanı:
- Orqanizmin infeksion və soyuqdəymə xəstəliklərinə qarşı müqavimətini yüksəltmək üçün:
- Keçirilmiş xəstəliklərdən sonra sağalma dövründə :
- Fiziki inkişaf kifayət qədər olmadığı zaman (boy atmanın geri qalması):
- Hər gün qida rasionunda vitamin kimi, xüsusilə, qış və yaz mövsümlərində:
- Məktəb yaşlı uşaqlarda yüksək fiziki və sinir-psixi yüklənmə zamanı:
İSTİFADƏ QYDASI VƏ DOZASI:Daxilə qəbul olunur.
İstifadə etməzdən əvvəl flakonda şərbəti yaxşı çalxalamaq lazımdır.
1 yaşdan 3 yaşa qədər uşaqlar; gündə 2 dəfə 1 dozalayıcı və ya çay qaşığı (5 ml) şərbət tövsiyə olunur.
4 yaşdan 6 yaşa qədər uşaqlar ; gündə 3 dəfə 1 dozalayıcı və ya çay qaşığı.
7 yaşdan 14 yaşa qədər uşaqlar: gündə 3-4 dəfə 1 dozalayıcı və ya çay qaşığı.
Şərbət çay, şirə və ya meyvə püresi ilə qarışdıraraq qaşıq vasitəsilə vermək olar. Kifayət qədər iştaha olmadıqda şərbət uşaqlara 1 ay müddətində hər gün vermək lazımdırş Təkrar qəbul 1-3 aydan sonra və ya həkimin tövsiyəsinə əsasən təyin oluna bilər.
ƏKS GÖSTƏRİŞLƏR:
Komponentlərə qarşı yüksək həssaslıq. Şəkərli diabet (5ml Pikovit şərbətinin tərkibində 3q şəkər vardər)
ƏLAVƏ TƏSİRLƏRİ:
Alergik reaksiyalar mümkündür. Tövsiyə olunan gündəlik dozanı artırmayın, təsadüfən yüksək dozaların qəbulu zamanı dərhal həkimə müraciət edin.
SAXLANMA ŞƏRAİTİ:25c dən yüksək olmayan temperaturda işıqdan qorunan yerdə saxlamaq lazımdır.
İSTEHSALÇI ÖLKƏ: Sloveniya
Rəylər (0)