İstifadəsinə göstərişlər
1 yaşdan yuxarı uşaqlarda və böyüklərdə endoskopik (kolonoskopiya) və rentgenoloji müayinələrin keçirilməsindən öncə və ya cərrahi əməliyyatdan əvvəl bağırsaqların təmizlənməsi üçün. Mütamadi olaraq işlədici vasitə kimi istifadə etmək olmaz!
Əks göpstərişlər
- Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq;
- Xroniki ürək çatışmazlığı;
- Dehidratasiya;
- Mədənin boşalmasının pozulması;
- Mədə-bağırsaq və 12 barmaq bağırsağın xoraları;
- Toksik kolit;
- Toksik meqakolon;
- Bağırsaq keçməzliyi;
- Ürək bulanma və qusma;
- Böyrək funksiyalarının ağır pozulmaları;
- Rabdomioliz;
- Hipermaqneziemiya;
- Cərrahi əməliyyatın keçirilməsini tələb edən kəskin abdominal patologiyalar (məsələn, kəskin apendisit, həmçinin təsdiq olunmuş və ya ehtimal edilən mədə-bağırsaq obstruksiyası və ya perforasiyası);
- Bağırsaqda aktiv iltihabı proses;
- Laktozaya qarşı dözümsüzlük, laktzanın defisiti və qlükoza-qalaktoz malabsorbsiyası;
- Böyrək funksiyalarının ağır pozulmaları (maqneziumun qanda kumulasiya riski);
- 1 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası
Preparat daxilə qəbul olunur.
Prosedur günü şəffaf mayelərdən ibarət pəhriz tövsiyə olunur. Pikoprep preparatının istifadəsi zamanı, preparatın effekti saxlanılana qədər, dehidratasiyanın qarşısını almaq üçün kifayət qədər mayenin qəbulu tövsiyə edilir. Müalicə rejimi ilə maye qəbulundan əlavə, normal susuzluq şəffaf mayelərin qəbulu üçün əsasdır. Şəffaf mayelərə lətsiz meyvə şirələri, alkoqolsuz içkilər, bulyon, çay, qəhvə (südsüz, soyasız və qaymaqsız) və su daxildir. Yalnız su içilməməlidir.
Məhlulun hazırlanması
- böyüklər və 9 yaşdan yuxarı olan uşaqlar üçün:
1 paketin mötəviyyatı 1 stəkan otaq tempraturunda olan (təxminən 150 ml) suda həll edilir və2-3 dəqiqə ərzində qarışdırılır. Ağımtıl və ya sarı çalar alan ağımtıl, şəffaf olmayan cüzi portağal ətirli məhlul alınır. Belə məhlul istifadə üçün hazırdır. Məhlul isidilərsə, qəbul üçün lazımi temperatura qədər soyudulmalıdır.
- 1 yaşdan 9 yaşa qədər olan uşaqlar üçün:
Dozalama rejiminə əsasən (aşağıda göstərilir), tozun lazım olan hissəsini, (bir ölçü qaşığı 50 ml su üçün nəzərdə tutulur) ağımtıl və ya sarı çalar alan ağımtıl, şəffaf olmayan və cüzi portağal ətirli məhlul alınana qədər qarışdırılır. Belə məhlul istifadə üçün hazırdır. Məhlul isidilərsə, qəbul üçün lazımi tempratura qədər soyudulmalıdır. Artıq qalan hissəsini istifadə etmək olmaz.
4-9 yaş arası uşaqlar üçün paketin möhtəviyyatının həll edilməsi qaydası böyüklərdə tozun həll edilməsi üzrə təlimatda olduğu kimidir. Bir gün öncə yüksək mənimsəmə olan pəhriz saxlanması məsləhət görülür. Prosedur günü şəffaf mayelərdən ibarət pəhriz tələb olunur. Pikoprep preparatının istifadəsi zamanı, preparatın effekti saxlanılana qədər, dehidratasiyanın qarşısını almaq üçün kifayət qədər mayenin qəbulu tövsiyə edilir. Müalicə rejimi maye qəbulundan əlavə (Pikoprep+əlavə mayelər), normal susuzluq şəffaf mayelərin qəbulu üçün əsasdır.
Şəffaf mayelərə lətsiz meyvə şirələri, alkoqolsuz içkilər,bulyon, çay, qəhvə (südsüz, soyasız və qaymaqsız) və su daxildir. Yalnız su içilməməlidir.
Dozalama rejimimi
Böyüklər (yaşlı şəxslər daxil olmaqla): Posedur günün birinci yarısına təyin olunursa:
-1 paketin möhtəviyyatını, yuxarıda göstərilən kimi, suda həll edib günün ikinci yarısında və ya erkən axşam (məsələn, saat 16.00-18.00-da) qəbul etmək, sonra 250 ml həcmdə ən azı 5 stəkan şəffaf maye içmək lazımdır.
-1 paketin möhtəviyyatını, yuxarıda göstərilən kimi, suda həll edib axşam 22.00-24.00 arası qəbul etmək, sonra 250 ml həcmdə ən azı 3 stəkan şəffaf maye içmək lazımdır.
Prosedur günün ikinci yarısına təyin olunursa:
-1 paketin möhtəviyyatını, yuxarıda göstərilən kimi, suda həll edilib prosedurun keçirilməsindən bir gün əvvəl axşam saatlarında, təxminən saat 17.00-21.00 arası qəbul etmək, sonra 250 ml həcmdə ən azı 5 stəkan şəffaf maye içmək lazımdır.
-1 paketin möhtəviyyatını, yuxarıda göstərilən kimi, suda həll edib səhər vaxtı (prosedurun keçirilməsindən 5-9 saat əvvəl) qəbul etmək, sonra 250 ml həcmdə əz azı 3 stəkan şəffaf maye içmək lazımdır.
-Son stəkan maye prosedurundan iki saat öncə qəbul olunmalıdır.
1 yaşdan 9 yaşa qədər uşaqlar:
Preparata ölçü qaşığı əlavə olunub. Qaşığa toz tökülür. Ölçü qaşığında tozun düz səthini əldə etmək üçün dolu qaşığın üstündən əşyanın ensiz yastı qırağı, məsələn bıcağın arxa tərəfi lə keçirilməsi tövsiyə olunur (1 ölçü qaşığında paketin 1/4-i - 4q toz vardır). Qəbul etmə saatı böyüklərdəki kimidir. Uşaqlarda Pikoprep preparatının dozalanma rejimi:
1-2 yaş arası uşaqlar: biri 1 ölçü qaşığı toz səhər (birinci doza) və 1 ölçü qaşığı toz günorta (ikinci doza);
2-4 yaş arası uşaqlar: 2 ölçü qaşığı toz səhər (birinci doza) və 2 ölçü qaşığı toz günorta (ikinci doza);
4-9 yaş arası uşaqlar: 1 paket səhər (birinci doza) və 2 ölçü qaşığı toz günorta (ikinci doza);
9 yaşdan yuxarı uşaqlar: dozalanma böyüklərdəki kimidir.
Xüsusi klinika hallarda istifadəsi:
Bədən çəkisi az olan pasiyentlərdə (BÇİ < 18 kq/m3) Pikoprep preparatının istifadəsi haqqında məlumat məhduddur. Belə xəstələrdə su-elektrolit balansını tənzimləmək üçün qəbul olunan mayenin həcmini kontrol altında saxlamaq lazımdır.
Əlavə təsirləri
Klinik tədqiqatlar zamanı ürək bulanma, baş ağrısı və qusma kimi ən tez-tez rast gəlinən əlavə təsirlər haqqında məlumat verilmişdir.
Pikoprep preparatının təyinatı zamanı rast gələn arzu olunmaz reaksiyalar aşağıdakı cədvəldə göstərilmişdir.
Əlavə təsirlər orqanlar sisteminə və rast gəlmə tezliyinə görə təsnif olunur:
tez-tez (>1/100-dən <1/10), tək-tək hallar (>1/10000-dən <1/100), naməlum tezlikdə (mövcud məlumatlara görə qiymətləndirmək mümkün deyil).
Bəzi hallarda qalça bağırsağın aftoz xoralarının yüngül güeriyə dönən formada inkişafı barədə məlumat verilmişdir.
Diareya və nəcisin saxlanmaması Pikoprep preparatının təsirinin əsas klinik təzahürləridir. Postmarketinq müşahidələrin məlumatlarına görə tə-tək halılarda kəskin diareya və işemik kolit müəyyən olunmuşdur. Həm qıcolmalara assosiasiyalı, həm də müstəqil hiponatriemiya barədə məlumat verilmişdir. Anemnezdə epilepsiyası olan xəstələrdə, hətta hiponatriemiya olmadığı halda kiçik və böyük qıcolma tutmalarının inkişafı müşahidə edilmişdir. Həmçinin, tək-tək hallarda anafilaktik reaksiyalar, hipermaqniemiya qeyd olunub.
Doza həddinin aşılması
Doza həddinin aşılması perofuz diareyaya və dehidratasiyaya gətirə bilər.
Müalicəsi: ümumi dəstəkləyioci müalicə və su-elektrolit balansının korreksiyası aparılmalıdır.
Rəylər (0)