Təbii, orjinal, vitamin A, D pantenol, çoban yastığı yağı, çay tikanı yağı və vitamin E kombinasiyası əsasında yaranmış preparatdır. Kimyəvi preparatların müalicəsindən və cərrahi müdaxilədən sonra burunun selikli qişasını tez və effektiv bərpa edir həm də burunun selikli qişasının atrofiyasında da effektlidir. Vitamin A yağı güclü qıcıqlanmanı və iltihabı aradan qaldırır. Gec sağalan yaraların və iltihabın müalicəsində effektivdir.
D pantenol burunun selikli qişasını nəmləndirir, sürüşgənlik yaradır, nəmliyini qoruyur,epitelizasiyanı yaxşılaşdırır.
Çoban yastığı yağı güclü iltihabəleyhi, ağrıkəsici, allergiyaəlehi və bakterisid vasitədir. Təbii immuniteti bərpa edir. allergik reaksiyaları aradan qaldırır
Çaytikanı yağı selikli qışanın quruluğunun qarşısını alır, antioksidant təsir göstərir, toxumaların regenerasiyasını stimulə edir.
Vitamin E güclü antioksidantdır. Antioksidant xüsusiyyətinə görə Vitamin E sərbəst radikkalları zərərsizləşdirir, müxtəlif patalogiyaların inkişafının qarşısını alır. Vitamin E yara sağalmasını tezləşdırır, kapilyarların divarını möhkəmləndırır və toxumaların regenerasiyası üçün vacibdir. Travmalardan sonra çapıqların əmələ gəlməsin möhkəmləndirir
İSTİFADƏ GÖSTƏRİŞİ:
- Burun boşluğu, burun ərtafı ciblər və burun udlağın kəskin və xroniki iltihabı xəstəliklərinin (infeksion, allergik, vazomator) profilaktik və kompleks müalicəsində:
- Kəskin və xroniki rinitlər
- Kəskin və xroniki sinusitlər
- Kəskin və xroniki adenoidlər
- Allergik və vazomator rinitlər
- Subatrofik rinitlər
- Zədə nəticəsində yaranmış burun qanaxmalarının azaldılması məqsədilə
- Burun boşluğu və burun ətrafı ciblərin cərrahı müdaxilədən sonraki vəziyyətlərdə
İSTİFADƏ QAYDASI VƏ DOZASI: 1-6 yaş arası 1 doza gündə 1 dəfə
6-12 yaş arası 1 doza gündə 2 dəfə
12 yaş və yuxarı 2 doza gündə 3-4 dəfə
ƏKS GÖSTƏRİŞLƏR: Preparatın hər hansı bir komponentinə qarşı hiper həssaslıq
İSTEHSALÇI ÖLKƏ: Türkiyə
Rəylər (0)