İstifadəsinə göstərişlər:
Askorbin turşusu (vitamin C) suda həll olan vitamindir.Paskorbin qida ilə əvəz olunmayan vitamin C çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur, məsələn, skorbut, Meller-Barlou və sinqa xəstəliklərində.Analizlər nəticəsində plazmada askorbin turşusunun aşağı düşməsi qeyri-düzgün və kifayət etməyən qida, infeksion xəstəliklər, ağır travma, xərçəng nəticəsində yaranan kaxeksiyalarda, uşaqlarda olan methemoqlobinemiyada (zəhərlənmə nəticəsində qanda oksigen nəqlinin zəifləməsi).
Əks göstərişlər:
Aşağıda pascorbin-in yalnız müəyyən şərtlər əsasında və yalnız xüsusi nəzarət altında istifadə olunması göstərilmişdir.Lütfən, həkiminizlə məsləhətləşin.Böyrəkdə oksalat daşlarının, orqanizmdə dəmirin toplanmasında və yaxud müxtəlif xəstəliklər zamanı preparat yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir.
İstifadə qaydası və dozası:
Adətən Paskorbin venadaxili yavaş-yavaş yeridilir.
Paskorbini həmişə təlimata əsasən istifadə edin.Əgər dərmanın necə istifadə olunmasına əmin deyilsinizsə, o zaman həkiminizə ya da əczaçınıza müraciət edin.
Adətən preparat həkim tərəfindən təyin və tətbiq edilir.
Əgər preparatı həkim təyinatı olmadan qəbul edirsinizsə, o zaman dozalanma aşağıda qeyd olunmuşdur:
Periferik venadaxili infuziya üçün 50ml paskorbin məhlulunu 100ml izotonik natrium-xlorid məhluluna əlavə edib vena daxilinə yavaş yeritmək məsləhət görülür.
Uzunmüddətli parenteral qidalanma zamanı Vitamin C çatışmazlığının profilaktikası məqsədi ilə.
Böyüklər üçün askorbin turşusunun sutkada 100-500 mq dozada vena daxilinə təyini məsləhət görülür.
Uşaqlara askorbin turşusu vena daxilinə sutkada 5-7 mq\kq təyin edilir.
Uşaqlarda methemoqlobinemiya.
Xəstələrdə askorbin turşusu birdəfəlik 500-1000 mq dozada vena daxilinə yeridilir.
Lazım gəldikdə təkrar inyeksiyaya yol verilir.
Maksimal sutkalıq doza 100 mq\kq-ı keçməməlidir.
Rəylər (0)