İstifadəsinə göstərişlər:
12 yaşlı və daha böyük uşaqlar və yeniyetmələr və böyüklər
Reflüks ezofaqit
Böyüklər
H. Pyloru ilə əlaqəli xorası olan xəstələrdə uyğun antibiotiklərlə müalicə ilə kombinasiyada Helicobacter pyloru-nin eradikasiyası
Mədə və onikibarmaq bağırsağın xorası
Zollinger-Ellison sindromu və ya digər patoloji hipersekresiya halları.
Əks göstərişlər:
Təsiredici maddəyə, əvəz olunmuş benzimidazollara və ya hər hansı bir digər köməkçi maddəyə və onların kombinasiyasına qarşı hiperhəssaslıq.
İstifadə qaydası və doza:
Tabletlər əzilmədən və çeynənmədən yeməkdən bir saat əvvəl su ilə bütöv olaraq udulur.
Tövsiyə olunan doza:
12 yaşdan yuxarı yeniyetmələr və böyüklər:
Reflüks ezofaqit
PARSESOL bir tablet gündə bir dəfə. Fərdi hallarda doza iki dəfə artırıla bilər xüsusən digər müalicəyə cavab olmadıqda.
Böyüklər:
H. Pylori-nin eradikasiyası üçün tövsiyə oluna bilər.
a) gündə iki dəfə 1 tablet PARSESOL
+ gündə iki dəfə 1000 mq amoksisilin
+ gündə iki dəfə 500 mq klaritromisin
b) gündə iki dəfə bir tablet PARSESOL
+ gündə iki dəfə 400 mq - 500 mq metronidazol.
Doza həddinin aşılması:
İnsanlarda yüksək dozalanma riskləri müşahidə edilməmişdir.
Əlavə təsirləri:
Qan və limfatik sistemdə baş verən pozğunluqlar
Nadir hallarda: aqranulositoz
Çox nadir hallarda: trombositopeniya, leykopeniya, pansitopeniya.
Rəylər (0)