İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Aşağıdakı hallarda 12 yaşa qədər uşaqlarda ağrıya və yüksək hərarətə qarşı istifadə edilir:
- yuxarı tənəffüs yollarının kəskin iltihabi xəstəlikləri, qrip: suçiçəyi, qızılca, parotit kimi infeksion xəstəliklər: diş çıxarma mərhələsində ağrılar, immunizasiyadan sonra yüksək bədən hərarətini aşağı salmaq üçün.
ƏKS GÖSTƏRİŞLƏR:
Aşağıdakı hallarda Parasetamol Sofarma şərbətini qəbul etməyin:
- əgər uşağınızda təsiredici maddəyə və ya hər hansı digər komponentlərə qarşı allergiya ( hiperhəssaslıq ) varsa.
- əgər uşağınızda ağır qaraciyər xəstəlikləri varsa.
İSTİFADƏ QAYDASI:
Parasetamol Sofarma şərbətini bu içlik vərəqədə təsvir olunduğu kimi qəbul edin.Əgər siz nəyəsə əmin deyilsinizsə, həkiminizə və ya əczaçınıza müraciət edin.
Parasetamol Sofarma şərbəti daxilə qəbul olunur.
Dərman vasitəsi pediatrik praktikada 12 yaşa qədər uşaqlarda istifadə olunur.
Məsləhət olunan gündəlik doza uşağınızın çəkisindən asılıdır.
0.60 mq\kq\24 saat təşkil edir, 4 qəbula bölünərək, təqribən, hər 6 saatdan bir 15 mq\kq verilir.
Əgər hər hansı bir şübhələr yaranarsa, həkiminizdən soruşun.
3 aylıq körpələrdə dozalaşdırma üçün dərman forması münasib deyil.
3 ay-1 yaş arası uşaqlar:
2.5-5 ml ( 60-120 mq ) 3-4 dəfə*gün.
1+6 yaş arası uşaqlar:
5-10 ml ( 120-240 mq ) 3-4 dəfə*gün.
6-12 yaş arası uşaqlar:
10-20 ml ( 240-480 mq ) 3-4 dəfə*gün.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması zamanı təcili həkimə müraciət edin, hətta uşaq özünü yaxşı hiss etsə belə.
İSTEHSALÇI:
Bolqarıstan.
Rəylər (0)