İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
12 yaşdan yuxarı uşaqlar və böyüklər:
- qastroezofageal reflüks xəstəliyi ( QERX: turşuluğun mədədən qida borusuna keçməsi )
- 1 tablet gündə 1 dəfə.Həkiminiz gündə 2tablet də təyin edə bilər.Müalicə müddəti 4-8 həftə.Müalicə müddəti həkim tərəfindən uzadıla bilər.
Böyüklər:
- H.pylori bakteriyası hesabına baş verən mədə və 12-barmaq bağırsağın xora xəstəliyi olan xəstələrə gündə 2 dəfə 1 tablet təyin olunur.Əlavə olaraq iki antibiotik amoksasilin, klatromisin və metronidazol təyin olunur.1-2 həftə müddətində 1 tablet səhər yeməyindən 1 saat qabaq və axşam yeməyindən 1 saat sonra
- mədənin peptik xora xəstəliyinin müalicəsi zamanı gündə 1 dəfə 1 tablet.Həkiminiz gündə 2 tablet də təyin edə bilər.Müalicə müddəti 4-8 həftə.Müalicə müddəti həkim tərəfindən uzadıla bilər.12-barmaq bağırsağın peptik xora xəstəliyinin müaciləsi zamanı gündə 1 dəfə 1 tablet.Həkiminiz gündə 2 tablet də təyin edə bilər.Müalicə müddəti 2-4 həftə.Müalicə müddəti həkim tərəfindən uzadıla bilər.
- zollinger-ellison sindromunun müalicəsi və mədəturşuluğinin həddən artıq olduğu digər hallar zamanı:
Başlanğıc doza əsasən gündə 2 tablet təşkil edir.Hər tablet yeməkdən qabaq qəbul edilir.
Əgər həkim sutkalıq dozanı 4 tabletə çatdırırsa onda müalicənin saxlama müddətini dəqiq təyin etməlidir.
DİQQƏTLİ OLUN:
- çəkinin azalması
- qusma, xüsusi ilə tez-tez təkrarlanırsa
- qan qusma: qusma zamanı qan tünd qəhvəyi rəngdə görünə bilər
- qara və ya qətran şəkildə olan nəcisdə qan gördükdə
- udmanın çətinləşməsi və ya udma zamanı ağrı
- sinədə ağrı
- mədədə ağrı
- şiddətli və ya davamlı diareya
- siz rəngi avazımış görünürsünüzsə və ya sizdə halsızlıq varsa
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamiləlik
Hamiləlik zamanı istifadəsi haqda hər hansı bir məlumat yoxdur.Əgər hamiləsinizsə və ya hamilə olma ehtimalınız varsa, həkiminiz o halda sizə pantoprazol təyin edə bilər ki, sizin sağlamlığınız dölə olan potensial riskdən daha əhəmiyyətli olsun.
Əgər müalicə ərzində bilsəniz ki, hamiləsiniz həkimi məlumatlandırın.
Laktasiya
İstifadə etməzdən öncə həkiminizi və ya əczaçını məlumatlandırın.Həkiminiz o halda sizə pantoprazol təyin edə bilər ki, sizin sağlamlığınız süd vermədən daha əhəmiyyətli olsun.
ƏLAVƏ TƏSİRLƏRİ:
Əgər sizdə aşağıdakı vəziyyətlərdən hər hansı biri müşahidə olunarsa Pantoronun qəbulunu dayandırın, həkiminizi bu barədə məlumatlandırın və yaxınlıqdakı xəstəxanaların birinə müraciət edin:
- ciddi allergik reaksiyalar ( nadir hallarda baş verən ): dil və ya boğazda ğdem mənşəli şişkinlik, udmanın çətinləşməsi, övrə, tənəffüsün çətinləşməsi, üzdə şişkinlik ( angionevrotik və ya Kvinke ödemi ), ürək döyüntülərinin artması və güclü tərləmə.
- ciddi dəri reaksiyaları ( tezliyi məlum deyil ): dəridə qovuqcuqların əmələ gəlməsi, göz, burun, ağız və cinsiyyət orqanlarında eroziya və işığa həssaslıq.
DOZA HƏDDİNİN AŞILMASI:Əgər Pantoronu dozadan artıq qəbul etmisinizsə həkiminizi məlumatlandırın.
SAXLANMA ŞƏRAİTİ:
25 C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
APTEKDƏN BURAXILMA ŞƏRTİ:
Resept əsasında buraxılır.
İSTEHSALÇI:
Türkiyə.
Rəylər (0)