İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Qastroezofaqel reflüks və onu müşayət edən əlamətlər ( qıcqırma, gəyirmə, udma zamanı ağrılar );
- Qastroezofaqeal reflüks zamanı eroziv ezofaqitlərin əlamətlərinin aradan qaldırılması üçün qısamüddətli
müalicə ( 8 həftəyə qədər );
- Uzunmüddətli müalicə kursu qastroezofaqeal reflüksun qarşısını alır;
- Patoloji hipersekresiya vəziyyətində uzunmüddətli müalicə kursu, Zollinger-Elison sindromu daxil olmaqla;
- Helicobacter pylori-nin eradikasiyası – mədə və onikibarmaq bağırsağın xorası zamanı
( antibiotiklərlə birlikdə istifadə zamanı xorasının kəskinləşmə tezliyi azalır );
- Mədə və onikibarmaq bağırsağın xorası;
- Qeyri-steroid iltihabəleyhinə preparatların qəbulu zamanı qastroduodenal xoraların müalicəsi.
ƏKS GÖSTƏRİŞLƏR:
Pantoprazola qarşı hiperhəssaslıq;
Orta, kəskin hipatitlərdə və böyrək disfunksiyası zamanı Helicobacter pylori-nin eradikasiyası.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Qastroezofaqeal reflüksun yüngül forması və onun müşayət edən əlamətlər zamanı: gündə 1 dəfə bir tablet
Panto-Denk 20 mq qəbul edilir. Adətən əlamətlər 2-4 həftədən sonra itir, çox hallarda ezofaqitin müalicəsi üçün
4 həftə lazımdır. Əgər 4 həftə ərzində əlamətlər itməzsə, müalicəyə daha 4 həftə əlavə edilir.
Eroziv ezofaqit: 8 həftə ərzində Panto-Denk 40 mq bir tabletdən qəbul edilir. Əgər əlamətlər itməzsə daha 8
həftə preparat qəbul edilməlidir.
ƏLAVƏ TƏSİRLƏR:
Başağrısı və diareya kimi əlavə təsirlər müşahidə edilmişdir. Nadir hallarda: ürəkbulanma, epiqastral ağrılar,
yuxusuzluq, başgicəllənmə, diareya, artralgiya, mialgiya, görmənin zəifləməsi, meteorizm, qaşınma,
başgicəllənmə, yorğunluq hissi müşahidə edilə bilər.
DOZA HƏDDİNİN AŞILMASI:
Bu zaman taxikardiya, vazodilatasiya, yuxululuq, başağrısı, görmədə yorğunluq, epiqastral ağrılar,
ürək-bulanma və qusma kimi əlamətlər ola bilər. Müalicə kimi, mədənin yuyulması və aktivləşdirilmiş kömürün
qəbulu, ürək fəaliyyətinin və qan təzyiqinin monitorinqi aparılmalıdır. Uzunmüddətli qusma zamanı elektrolit və
su balansı yoxlanılmalıdır. Qan zülalları ilə pantoprazol güclü birləşdiyi üçün bu zaman dializ effektsiz hesab
olunur.
Təsiredici maddələr: 1 qastro-rezistent tabletin tərkibində 20 mq və ya 40 mq pantoprazol natrium vardır.
Köməkçi maddələr: maltitol, krospovidon, natrium karamelloz, natrim karbonat, kalsim stearat, talk, titan
dioksid, sarı dəmir oksid, polivinil, makroqol 3350, lesitin, metakrilat turşusu-etil akrilat kopolimetr, trietil sitrat.
Rəylər (0)