Göstərişlər:
Dərinin və selikli qişaların müxtəlif zədələnmələri zamanı istifadə edilir, o cümlədən sıyrıntı və yanıqlar, aseptik cərrahi əməliyyatlardan sonrakı yaralar, dərinin transplantasiyası, bulyoz və qabarlı dermatitlər.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Pantenol aerozol zədələnmiş sahənin üzərinə gündə bir və ya bir neçə dəfə bərabər püskürdülür.
Təsiredici maddə: 1 q preparatın tərkibində 50 mqm dekspantenol vardır.
Köməkçi maddə: emulqasiyaedici setilstearil spirti, makroqoliserol kokoat, metilparahidroksibenzoat, propilenqlikol, kalium-dihidrofosfat, natrium-hidrofosfat dodekahidrat, təmizlənmiş su, tetraftoretan.
Rəylər (0)