İstifadəsinə göstərişlər:
-Həzm prosesinin pozulması ilə müşayiət olunan, mədəaltı vəzinin ekzokrin funksiyalarının çatışmazlığı;
-mukovissidoz zamanı mədəaltı vəzinin ekzokrin funksiyalarının çatışmazlığının kompensasiyası.
Əks göstərişlər:
Donuz mənşəli məhsullara qarşı və ya preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı təsdiq olunmuş hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Dozalanma rejimi
Preparatın dozasını, xəstənin ağırlıq dərəcəsindən və istifadə edilən qidanın tərkibindən asılı olaraq, fərdi qaydada seçmək lazımdır.
Uşaqlar
Preparatın dozası bədən kütləsinə əsasən hesablanmalıdır.
Preparatın başlanğıc dozası 4 yaşa qədər uşaqlar üçün 1 qida qəbulundan bədən kütləsinin 1 kq-na 1000 Avr. Farm. vahidi lipaza və 4 yaşdan yuxarı uşaqlar üçün 1 qida qəbulunda bədən kütləsinin 1 kq-na 500 Avr. Farm. vahidi lipaza təşkil edir.
Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr
Preparatın dozasını, həzm prosesinin pozğunluq dərəcəsindən və istifadə edilən qidanın tərkibindən asılı olaraq, pasiyentin fərdi xüsusiyyətlərinin nəzərə alınması ilə seçmək lazımdır.
Doza həddinin aşılması:
Pankreatini çox yüksək dozalarda, xüsusilə, mukovissidozadan əziyyət çəkən pasiyentlərdə istifadə etdikdə, hiperurikemiya və hiperurikozuriya müşahidə olunmuşdur.
Əlavə təsirləri:
İmmun sistemində baş verən pozğunluqlar:
Məlum deyil - hiperhəssaslıq.
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar:
Çox tez-tez - qarın nahiyəsində ağrı*; tez-tez - ürəkbulanma, qusma, qəbizlik, diareya.
Rəylər (0)