Palıd qabığının bişirməsi qarqara şəklində angina, stomatit, gingivit, faringitlərdə istifadə olunur. Eləcə də, ayaqlarda tərləmə zamanı vanna şəklində, kolpitlərdə şırınqa şəklində tətbiq edilir, Mədə-bağırsaq qanaxmalırnda, xroniki enterokolitlərdə, göbələk, qurxuşun və mis duzları ilə zəhərlənmələrdə, şiddətli menstruasiyalarda isə daxilə tətbiq məsləhət görülür. İstifadə qaydası:
Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1\2stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir,10 dəq. soyudulur, süzülür. Qarqara şəklində gündə 8-10 dəfə. digər göstərişlərdə 3-5 dəfətətbiq olunur.
Palıdqabığının tərkibində aşı maddələri, flavonoidlər,üzvi turşular və s. vardır.
Rəylər (0)