İstifadəsinə göstərişlər:
Yüngül və orta intensivlikli ağrı
Qızdırma
Yuvenil revmatoid artrit
Əks göstərişlər:
İbuprofenə və ya preparatın hər hansı bir komponentinə qarşı allergiya halları. Aspirinə və ya qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı allergik reaksiyalar. Mədə-bağırsaq xorası və mədə-bağırsaq qanaxması. Xoralı kolit və ya Kron xəstəliyi kimi iltihabi bağırsaqxəstəliyi.
İstifadə qaydası və dozası:
Dəqiq dozanın əldə olunması üçün 5 ml-lik dərəcələnmiş şprisdən istifadə edin. Mədəniz həs-sasdırsa preparatı qida ilə qəbul edin.
12 yaşa qədər uşaqlarda gündəlik doza 20-30 mq/kq təşkil edir.
Doza həddinin aşılması:
Qarın nahiyəsində ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrı.
Əlavə təsirləri:
Mədə-bağırsaq sisteminə: həzmlə bağlı narahatlıq hissi, diareya, ürəkbulanma və ya nadir hallarda mədə və 12 barmaq bağırsağı xoraları.
Dəri və allergik reaksiyalar: müxtəlif növ dəri səpgisi.
Rəylər (0)