İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Ofloksasin, ona həssas mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksiyaların müalicəsində təyin edilir.
- böyüklərdə və 6 aylıqdan yuxarı uşaqlarda daxili otit:
- qulaq təbilinin perforasiyası olan 12 yaşdan yuxarı şəxslərdə xroniki irinli orta otit:
- timpanostomik borusu olan 1 yaşdan yuxarı pasiyentlərdə aktiv orta otit:
ƏKS GÖSTƏRİŞLƏR:
-Preparatın komponentlərinə və digər xinolonlara qarşı yüksək həssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatrın qəbulu haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Hamiləlik
Preparatı hamiləlik dövründə istifadə etmək olmaz, belə ki, hamilə qadınlarda preparatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur.Bu dövrdə preparatı, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən yüksək olsun.
Laktasiya
Laktasiya dövründə preparatı istifadə etmək olmaz.Belə ki, preparat ana südünə nüfuz edə bilər.Preparatın istifadəsinə ehtiyac olduqda, tibbi nöqteyi-nəzərdən ana südü ilə qidalandırmanın dayandırılmasınə nəzərdən keçirmək lazımdır.
İSTİFADƏ QAYDASI:
Ottofloks preparatını həkim təyinatı ilə istifadə etmək lazımdır.
Preparatın qəbulu ilə bağlı hər hansı sual meydana çıxarsa, həkimə müraciət etmək lazımdır.
Xəstəliyin adı Yaş Doza Müalicə müddəti
daxili otit >13 yaş zədələnmiş qulağa gündə 1 dəfə 5damcı 7 gün
xroniki irinli otit > 12 yaş zədələnmiş qulağa gündə 1 dəfə 10 damcı 14 gün
kəskin orta otit 1-12 yaş zədələnmiş qulağa gündə 2 dəfə 5 damcı 10 gün
İSTİFADƏ QAYDASI:
Ottofloks preparatını istifadə etməzdən əvvəl əlləri sabunla yumaq lazımdır.
Ehtiyac olduqda, xarici qulaqda hər hansı cisim və ya tampon olmamalıdır.İstifadədən əvvəl preparatın flakonu bir-iki dəqiqə ərzində iki əlin arasında diyirləndirərək isidilməlidir.Qulağa soyuq damcının düşməsi başgicəllənməyə səbəb ola bilər.
Preparatı damızdırmaq üçün başı bir tərəfə doğru əymək və ya zədələnmiş qulağa əks tərəf üzərində uzanmaq lazımdır.
DOZA HƏDDİNİN AŞILMASI:
Preparatın doza həddinin aşılması barədə məlumat daxil olmamışdır.Məsləhət görülən dozadan artıq ottofloks preparatı qəbul edildikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Resept əsasında buraxılır.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply