İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Müxtəlif növlü rinitlər. Burun boşluğunun iltihabı zamanı burundan axan ifrazat axınının yüngülləşdirilməsi. Orta otit zamanı burun-udlaqdan axan axının azaldılması. Rinoskopiyanın yüngülləşdirilməsi məqsədilə.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, başlıbucaqlı qlakuoma, atrofik rinit, quru rinit, beyin qişalarından cərrahi müdaxilələr, hipofizin transfenoidal xaric edilməsi.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə hər burun keçəcəyinə 1 püskürtmə təyin edilir. Gündə 3 dəfədən artıq istifadə etmək olmaz. Axrıncı dəfə yatmazdan əvvəl istifadə etmək məsləhət görülür. Preparatı 7 gündən artıq istifadə etmək olmaz.
Yaşlılarda istifadəsi: dozanı korreksiyası tələb edilmir. Məsləhət görülən dozanı aşmaq olmaz.
Uşaqlarda istifadəsi: 12 yaşa qədər uşaqlarda preparatı istifadə etmək olmaz.
ƏLAVƏ TƏSİRLƏRİ:
Qıcıqlanma, başağrısı, ürəkbulanma, ürək aritmiyası, medikamentoz rinit aiddir, görmənin qisa müddətli zəifləməsi.
DOZA HƏDDİNİN AŞILMASI:
Yuxululuq, koma, hipertenziya və ya hipotenziya, taxikardiya və bradikardiya, yüksək tərləmə, hipotermiya, tənəffüsün zəifləməsi, ataksiya və oyanıqlı vəziyyət aiddir.
Rəylər (0)