İstifadəsinə göstərişlər:
Osteoartritin simptomatik müalicəsi: ağır və funksional məhdudlaşma simptomlarının aradan qaldırılması.
Əks göstərişlər:
Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq, qanaxmalara meyillilik.
İstifadə qaydası və dozası:
Əzələ daxilinə istifadə üçün nəzərdə tutulmuşdur!
Böyüklər və yaşlı pasiyentlər.
İstifadə etməzdən əvvəl həlledici preparatla bir şprisdə qarışdırılır.
Preparatın hazırlanmış məhlulu 4-6 həftə müddətində həftədə 3 dəfə 3 ml və ya 6 ml əzələ daxilinə yeridilir.
Uşaqlar.
Uşaqlarda və yeniyetmələrdə istifadə olunmur.
Doza həddinin aşılması:
Doza həddinin aşılması halları qeyd olunmayıb.
Əlavə təsirləri:
Mədə-bağırsaq sisteminə: tez-tez - qarında ağrı, meteorizm, dispepsiya, diareya, qəbizlik, ürəkbulanma, qusma. Sinir sisteminə: tez-tez - başağrısı, yuxuya meyillilik, yorğunluq, başgicəllənmə.
Rəylər (0)