Göstərişlər:
-Postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə.
-Kalsium və D3 vitaminin çatışmazlığının bərpası məqsədi ilə.
-Kalsium və D3 vitamininə tələbatın artıdığı hallar-hamiləlik və laktasiya dövrü, 2 yaşdan yuxarı uşaqlar
Əks göstərişlər:
Hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklərdə- Osteoporozun profilaktikası üçün 1 tabletdən gündə 1-2 dəfə, müalicəsi məqsədi ilə isə 1 tabletdən gündə 2-3 dəfə təyin edilir.
Kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə
12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 2 tablet, 2-5 yaş arası uşaqlarda ½ tablet gündə 1 dəfə.
Dozalanma həkim məsləhətinə uyğun dəyişdirilə bilər.
Rəylər (0)