İstifadəsinə göstərişlər:
Osteofull - D3 kalsium və D vitamini az olan və ya sümük toxumalarının zədələnməsi olan zaman əlavə olaraq istifadə edilən preparatdır. Həmçinin yaşlılarda kalsium və D vitamin azlığı müşahidə olunarsa, istifadə edilir.
Əks göstərişlər:
Əgər:
Kalsium, D vitamini və ya preparatın ayrı-ayrı komponentlərinə qarşı yüksək həssaslıq varsa;
Qanınızda ya da sidiyinizdə kalsium miqdarı yüksəkdirsə;
Paratiroid hormonunun səviyyəsi yüksəkdirsə;
Yüksək dozada D vitamini qəbul edirsinizsə;
Psevdohiperparatireoz adlı xəstəliyiniz varsa;
Böyrək və ya sidik yollarında daş kristallarına meyillilik varsa;
Orqanizminizə su itkisi kimi bir vəziyyət varsa;
Mədə qanaması riski varsa;
Bağırsaqla bağlı probleminiz və qəbizlik varsa bu dərmandan İSTİFADƏ ETMƏYİN.
İstifadə qaydası və dozası:
Osteofull - D3 daxilə qəbul edilən dərmandır. Bir tableti bir stəkan suda həll edib için. Dərman suda həll edildikdən sonra dərhal içilməlidir.
Müxtəlif yaş qrupları
Uşaqların istifadəsi
4 yaşdan kiçik uşaqlara verməyin. 4-8 yaşda olan uşaqlara həkim tərəfindən fərqli dozxa təyin edilmədiyi halda 1 tableti 150 ml suda həll edərək verin.
Yaşlıların istifadəsi zamanı
Əgər həkiminiz fərqli doza təyin etməyibsə Osteofull - D3 preparatını gün ərzində 1-2 dəfə qəbul edin.
Doza həddinin aşılması:
Osteofull - D3 preparatı təyin edilən dozadan artıq istifadə edilərsə, həkiminizlə mütləq əlaqə saxlayın və ya ən yaxın xəstəxanaya müraciət edin.
Əlavə təsirləri:
Şüurun qarışması
Sümüklərdə ağrı
Əzələ ağrıları
Daim yuxulu olmaq
Qusma
Xora
Qəbizlik
Köp və meteorizim
Ürəkbulanma.
Rəylər (0)