İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- dayaq-hərəkət aparatının iltihabi və degenerativ xəstəlikləri; podaqrik artrit, yumşaq toxumaların revmatik zədələnməsi, periferik oynaqların və onurğa sütununun, o cümlədən kökçük sindromu ilə müşayiət olunan osteoartrozu, tendovaginit, bursit;
- ginekologiyada ağrı sindromunun və ya iltihabın müalicəsi;
- nevralgiya, mialgiya, lyumboşialgiya, iltihabla müşayiət olunan posttravamtik ağrı sindormu;
Preparat simptomatik müalicə üçün, istifadə müddətindəağrını və iltihabı azaltmaq üçün nəzərdə tutulub, xəstəliyin proqresivləşməsinə preparat təsir göstərmir.
ƏKS GÖSTƏRİŞLƏR:
- diklofenaka və ya preparatın tərkibində olan hər hansı digər komponentə qarşı hiperhəssaslıq;
- bronxial astmanın, burun və burun ətrafı ciblərin residivləşən polipozunun və asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı dözümsüzlüyün tam və ya qismən birlikdə olması;
- mədəni və ya onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi, mədə-bağırsaq traktı orqanlarından qanaxmalar, mədə-bağırsaq traktı orqanlarında perfonsiya, serebrovaskulyar və ya digər qanaxmalar;
- bağırsağın iltihabi xəstəlikləri;
- qanaxmaların inkişaf etmə riski;
- qaraciyər funksiyalarının ağır dərəcəli pozulması;
- qaraciyər aktiv xəstəlikləri;
- periferik arteriyalarının xəstəlikləri.
İSTİFADƏQAYDASI VƏ DOZASI:
6-7 yaş ( 20-24 ) - 1 ədəd 25 mq;
8-11 yaş ( 25-37 ) - 1 ədəd 25 mq;
12-14 yaş ( 38-50 ) - 1-2 ədəd 25-50 mq;
15 yaşdan yuxarı və böyüklər - 1-2 ədəd 25-50 mq.
ƏLAVƏ TƏSİRLƏRİ:
- mədə-bağırsaq pozğunluqları;
- sinir sistemi;
- eşitmə orqanları;
- böyrəklərdə və sidik-ifrazat sistemində;
- qan və limfa sistemində;
- ürəkdə baş verən pozğunluqlar;
- immun sistemində;
- dəridə.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları: qusma, başgicəllənmə, diareya, qulaqlarda küy, mioklonik qıcolmalar, kəskin böyrək çatışmazlığı və qaraciyər zədələnməsi inkişaf edə bilər.
Rəylər (0)