İstifadəsinə göstərişlər:
qinqivitin, stomatitin, faringitin, tonzilitin, və ağız boşluğunun və boğazın selikli qişasının iltihabla və ağrı ilə müşaiyət olunan aftoz zədələnmələrinin müalicəsi, pasiyentin udma funksiyasının yüngülləşdirilməsi və diş əti pozğunluqları zamanı simptomları yüngülləşdirmək üçün.
Əks göstərişlər:
OROHEKS PLYUS-un benzidaminə, xlorheksidinə və ya bu dərman formasının komponentlərindən hər hansı birinə qarşı məlum yüksək həssaslığı olan pasiyentlərdə istifadəsi əks göstərişlərdir.
İstifadə qaydası və dozası:
İlk dəfə istifadə etməzdən əvvəl üzdən uzaq tutun, müntəzəm püskürmə alınana qədər nasosu bir neçə dəfə basın. Ağızı geniş açıb, spreyin ucunu ağıza qoyaraq püskürtmək lazımdır. OREHEKS PLYUS-un tərkibində olan xlorheksidin müalicə zamanı diş ərpini və qinqiviti azaldır. Əgər OROHEKS PLYUS ağız boşluğunun gigiyenası prosedurlarına alternativ kimi istifadə olunursa, ağızı OROHEKS PLYUS ilə ən azı 1 dəqiqə ərzində yaxalamaq lazımdır.
Doza həddinin aşılması:
Təsiredici maddənin istifadə yoluna baxdıqda, intoksikasiya mümkün deyil. Bilmədən OROHEKS PLYUS içilərsə, simptomatik və dəstəkləyici müalicə aparmaq lazımdır.
Əlavə təsirləri:
İmmun sistemində baş verən pozğunluqlar
Çox nadir: allergik reakasiyalar, yüksək həssaslıq.
Bəzən: başgicəllənmə, başağrısı, yuxululuq.
Tez-tez ağızda yanma hissi
Nadir: yanma və sancma hissi.
Tez-tez dadbilmənin dəyişməsi və dişlərin rənginin dəyişməsi, diş daşlarının yaranmasının sürətlənməsi.
Rəylər (0)