İstifadəsinə göstərişlər:
- Bakterial vaginoz;
- Trixomoniaz, Trichomonas vaginalis tərəfindən törədilən qadın və kişilərdə urogenital infeksiyalar;
- Amöbiaz Entamoeba histolytica tərəfindən törədilən bağırsaq infeksiyaları, amöb dizenteriyası daxil olmaqla qaraciyər absesi və digər bağırsaqdankənar zədələnmələr;
- Giardioz;
- Anaerob bakteriyaların səbəb olduğu infeksiyalar. Septisemiya, meninqit, peritonit, əməliyyatdan sonra yaralarda infeksiyalar,puerperal sepsis, abortdan sonrakı sepsis və endometrit kimi infeksiyaların müalicəsi;
- Yoğun bağırsaqda, ginekologiyada və digər əməliyyatlarda profilaktika məqsədilə istifadə olunur.
Əks göstərişləri:
Ornidazol və ya digər ntroimidazol törəmələrinə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası:
Təkdozalı müalicə ------------- axşam 3 tablet
Beş günlük müalicə ---------- 2 tablet ( 1tablet seher və axşam)
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə ornidazolun təsiri ilə bağlı heç bir klinik məlumat yoxdur.
Rəylər (0)