İstifadəsinə göstərişlər:
ORNAVASTİN xolesterin səviyyəsini aşağı salmaq üçün böyüklərdə, yeniyetmə və 6 yaşdan yuxarı uşaqlarda istifadə olunur.
ORNAVASTİN "pis" xolesterini azaldır və "yaxşı" xolesterini artırır. Damarların daralması qanın orqanlara çatmasının azalmasına səbəb ola bilər ki, bu sonradan miokard infarktı və insult riskini artırır. ORNAVASTİN xolesterinin səviyyəsini yenidən artmasını və vaxdını sizə deyə bilər və ya hamilə qaldığınız tədqirdə qəbulu dayandırmalısınız.
Əks göstərişlər:
Ağır qaraciyər patologiyaları.
Ağır böyrək çatışmazlığı.
Təkrarlanan və ya səbəbi məlum olmayan əzələ ağrıları və ya sancıları varsa, miopatiyalı pasiyentlər.
Əgər Siklosporin dərman preparatını qəbul edirsinizsə
6 yaşdan kiçik uşaqlar.
İstifadə qaydası və dozası:
Əgər müalicəyə 5 mq doza ilə başlamısınızsa, həkiminiz dozanı əvvəlcə 10 mq-a, daha sonra 20 mq-a, lazım gələrsə, hətta 40 mq-a çatdıra bilər.
Tövsiyə edilən gündəlik doza 20 mq-dır. Bununla belə, sizdə yuxarıda göstərilən faktorlardan hər hansı biri varsa, həkiminiz daha aşağı dozadan istifadə etməyinizə qərar verə bilər.
6-17 yaş arası uşaq və yeniyetmələrdə istifadə dozası:
6 yaşdan 17 yaşa qədər uşaq və yeniyetmələrdə doza aralığı gündə 1 dəfə 5 - 20 mq təşkil edir. Başlanğıc doza gündə 5 mq təşkil edir və sizin üçün ORNAVASTİN-in lazım olan dozasını tapmaq üçün həkiminiz tədricən dozanı artıra bilər.
Əlavə təsirləri:
Aşağıdakı allergik reaksiyaların hər hansı birini müşahidə etdinizsə ORNAVASTİN qəbul etməyi dayandırın və dərhal həkimə müraciət edin.
Üzdə, dodaqlarda, dildə və ya boğazda şişkinliklə və ya şişkinlik olmadan baş verən təngnəfəslik.
Tez-tez olan ümumi əlavə təsirlər
Baş ağrısı
Mədə ağrısı
Qəbizlik
Əzələ ağrısı
Zəiflik.
Doza həddinin aşılması:
Əgər lazım olduğundan artıq miqdarda doza qəbul etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin.
Rəylər (0)