İstifadəsinə göstərişlər:
- Vulqar sızanaq.
- Müxtəlif mənşəli ayaq xoraları.
- Yüngül və orta ağırlıqlı, xüsusilə dərinin iltihabi zədələnməsi ilə müşahidə olunan sızanaqlar.
Əks göstərişlər:
Tərkibindəki aktiv və ya köməkçi maddələrə və / və ya linkomisinə qarşı allergiya.
Regionar enterit, xoralı kolit və ya antibiotiklərin istifadəsindən sonra yaranan kolit və ya əvvəllər bunlardan hər hansı biri olduğu hallar.
İstifadə qaydası və doza:
Gündə bir dəfə axşamlar dərinizi isti su ilə yuduqdan və quruduqdan sonra sızanaq yerlərinin üstünə nazik bir təbəqə çəkin. ORNAKLIN B barmağın ucu ilə dəriyə sürtülür.
Müxtəlif yaş qrupları:
Uşaqlarda istifadə: 12 yaşdan kiçik uşaqlarda təsiri və təhlükəsizliyi qiymətləndirilməyib.
Yaşlılarda istifadə: Yaşlılar üçün xüsusi bir tövsiyə yoxdur.
Doza həddinin aşılması:
Lazımi miqdardan çox istifadə etməməyə diqqət edin. ORNAKLIN B -ni lazımi miqdardan çox istifadə etmək sağalmanı sürətləndirməyəcəkdir. Bu zaman dəri daha çox qıcıqlana bilər.
Əlavə təsirləri:
Tez-tez
Dərdidə yanma hissi.
Dərinin dərman tətbiq olunan hissəsində ağrı
Baş ağrısı
Günəşə həssaslıq
Nadir hallarda:
Formasiya
Qızartılı, qaşınan dəri səpgisi.
Qaşınma
Sızanaqların ağırlaşması.
Rəylər (0)