Göstərişlər:
- mədəaltı vəzinin ekzokrin funksiyasının çatışmazlığı zamanı yaranan xəstəliklər: xroniki pankreatit, mukovissidoz
- mədə, bağırsaq, qaraciyər, öd kisəsinin xroniki iltihabi-distrofik xəstəlikləri
- mədə və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlardan sonra
- MBT orqanlarının rezeksiyasından sonra yaranan həzm pozğunlu8ğu, meteorizm, diareya
- mədəaltı vəzinin xərcəngində, pankreatik və yaxud ümumi öd axarının obstruksiyası
- qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq dövründə
- autoimmun triedit
- dağınıq skleroz
- ürəyin xroniki işemik xəstəlikləri
- arteriya və venaların immunopatoloji iltihabi xəstəlikləri, ətraj arteriyalarının ateroklerozu. arteriyaların emboliyası, trombozu, flebit, tromboflebit, postflebtik sindro
- müxtəlif xəstəliklər zamanı arteriya, arteriol və kapilyarların zədələnmələri, limfa durğunluğu
- yuxarı və aşağı tənəffüs yollarının müxtəlif mənşəli kəskinn infeksiyaları, xroniki bronxit
- atopik dermatit
- revmatoid artrit, səbəbi məlum olmayan artirt, ankilozlaşmış spondilit, revmati8zm
- kişi cinsi orqanlarının infeksion xəstəlikləri, prostatit
- qadınlarda kiçik çanaq orqanlarının müxtəlif mənşəli iltihabı xəstəlikləri, fibroz-kistoz mastopatiya
- müxtəlif mənşəli travmalar
- onkoloji xəstəliklərdə kimya terapiyası zamanı
- cərrahi praktikada
İstifadə qaydası və dozası:Mədəaltı vəzinin funksiyalarının çatışmazlığı dərəcəsində asılı olaraq doza seçilir 14 y6aşdan yuxarı uşaqlar və böyüklər hər gün 2-3 kapsul yemək zamanı, yaxud yeməkdən dərhal sonra maye ilə çeynəmədən bütöv halda daxilə qəbul olunur. Tövsiyə edilən sutkalıq dozanı keçməyini . Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
Əlavə təsirləri:
Uzunmüddətli, yüksək dozalarda qəbulu zamanı heç bir əlavə təsir müşahidə edilməmişdir. Nadir hallarda nəcisin konsistensiyası və iyində dəyişikliklər, dəridə səpgilər baş verə bilər.
Rəylər (0)