İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Ornasid böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş antibiotikdir. Ornasid infeksiyaya səbəb olan bakteriyaların məhv olmasını təmin edir. III nəsil sefalosporin qrupu antibiotikdir.
- beyin, ağciyər, orta qulaq, qarın və periton, sidik yolları və böyüklər, sümük və oynaqlar, dəri və ya yumşaq toxumalar, qan, ürək;
- cinsi yolla ötürülən xüsusi infeksiyaların müalicəsində;
- xroniki bronxit, böyüklərdə döş qəfəsi orqanlarının infeksiyalarını müalicəsində;
- əməliyyat zamanı infeksiyaların qarşısını almaq.
ƏKS GÖSTƏRİŞLƏR:
- seftriaksona və ya bu dərmanın digər maddələrindən hər hansı birinə qarşı allergiyanız olarsa;
- penisilin və ya oxşar antibiotiklərə qarşı ani və ya ciddi allergik reaksiya vermisinizsə, ayaqların və topuqların kəskin şişməsi daxildir;
- sizin lidokainə qarşı allergiyanız varsa, Ornasid istifadə edilə bilməz.
Aşağıdakı hallarda körpələrə Ornasid verilməməlidir:
- körpə vaxtından əvvəl doğularsa;
- körpə yeni doğulmuş olarsa və müəyyən qan problemləri və sarılıq varsa və ya damarına kalsium tərkibli preparat yeridilərsə.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Ornasid yalnız həkim tərəfindən təyin olunur. Ornasid damcı yolu ilə və ya əzələdaxili inyeksiya şəkilində təyin olunur. Ornasid həkim, əczaçı və ya tibb bacısı tərəfindən hazırlanır və əzələ daxili və ya venadaxili yerodolə bilməz. Ornasid tərkibində kalsium olan məhlullarla qarışdırıla bilməz və ya eyni zamanda yeridilə vilməz.
ƏLAVƏ TƏSİRLƏRİ:
- əllərin, ayaqların, topuqların qəflətən şişməsi;
- ağ qan hüceyrələri;
- duru nəcis və ya diareya;
- səpgi;
- baş ağrısı, başgicəllənmə;
- yüksək temperatur;
- tənəffüsün çətinləşməsi;
- stomatit.
DOZA HƏDDİNİN AŞILMASI:
Yanlışlıqla qəbul edilmiş dozadan daha çox alsanız, dərhal həkiminizə və ya ən yaxın xəstəxanaya müraciət edin.
Rəylər (0)