İstifadəsinə göstərişlər:
ORFENAK əzələ kontrakturası ilə müşayiət olan revmatik tipli xəstəliklər ( revmatoid artrit, artroz, spondilit, bursit ),travmalar ( vətər dartılması , sınıqlar ) və ya cərrahiyyə əməliyyatı zamanı yaranan sümük-əzələ ağrılarının müalicəsində istifadə edilir.
Əks göstərişləri:
- Preparatın tərkibində olan hər hansı maddəyə qarşı yüksək həssaslıq.
- Aktiv qastrit, bağırsaq eroziyası, qanaxması və ya perforasiyası.
- Anamnezində QSİƏP istifadəsinə bağlı mədə bağırsaq qanaxması və ya perforasiyası.
- Ciddi qaraciyər, böyrək və ürək çatışmazlığı.
- Hamiləliyin 3-cü trimestri.
- 18 yaşdan aşağı.
- Hemostaz pozğunluqları və ya antikoaqulyant müalicə.
- Ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, arteriyalarınperiferik xəstəlikləri, serebrovaskulyar xəstəliklər.
- Hipovolemiya, dehidratasiya.
- Anamnezdə aspirin və ya digər QSİƏP-lərin qəbulundan sonra yaranan anafilaksiya və ya angioödem kimi ağır allergik reaksiyalar.
Aspirin istifadəsinə bağlı bronxospazm ilə müşayiət olunan burun polipləri ( ağır allergik reaksiyaların yüksək riski).
Anamnezində və ya hal-hazırda qanda mövcud olan aktiv patoloji dəyişiklikləri və ya sümük iliyinin depressiyası (patologiyaları artıra və ya ağırlaşdıra bilər).
İstifadə qaydası və dozası:
Əzələdaxili istifadəsi;
Preparatın bir dozası 2 ampuldan ibarətdir. Bir doza gün ərzində hər 12 saatdan bir əzələ daxilinə yeridilir. Müalicə müddətinin 2 gündən çox olması tövsiyə olunmur.
Venadaxilinə istifadəsi;
Ağrı aradan qalxmadıqda, əməliyyatdan sonrakı ağrılarda mütləq xəstəxana şəraitində və həkim nəzarəti altında venadaxili istifadə edilə bilər.
Venadaxili infuziyaya başlamazdan dərhal əvvəl 2 ampulu 100-500 ml natrium xlorid məhlulu və ya qlükoza məhlulu ilə həll edilməlidir. Əmliyyatdan sonrakı orta və şiddətli ağrıların müalicəsi üçün 1,5 saatdan 2 saata qədər fasiləsiz olaraq infuziya edilməlidir. Lazım gələrsə, müalicə 4-6 saatdan sonra, istənilən 24 saat ərzində təkrarlana bilər.Maksimal sutkalıq istifadə 2 dozadan artıq olmamalıdır.
Rəylər (0)